. Love.az

Xankendi Seher Tarix Diyarsunasliq Muzeyi - Wikipedia - Love.az

Ana Səhifə - Xankendi Seher Tarix Diyarsunasliq Muzeyi

Xankəndi Şəhər Tarix-Diyarşünaslıq Muzeyi — Xankəndinin Kərkicahan qəsəbəsində yerləşir.

Xankəndi Şəhər Tarix-Diyarşünaslıq Muzeyi
Xəritə
Mövzu tarix
Yerləşir Azərbaycan, Kərkicahan
Kolleksiyası Hazırda Gəncə şəhər muzeyində saxlanılır.
Direktor ən sonuncu Nazim Məmmədov (1976-1990)
39°49′31″ şm. e. 46°45′56″ ş. u.HGYO

Mündəricat

  • 1 Muzeyin binasının tarixi
  • 2 Ekspanatları
  • 3 Hazırkı şəraiti
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Muzeyin binasının tarixi

redaktə

Muzeyin binası Məhəmmədhəsən xanın mülkü olmuşdur. 1940–1950-ci illərdə Kərkicahanda məktəb olmadığı üçün bu bina 12 il məktəb kimi fəaliyyət göstərib. Yeni məktəb tikildiyi gündən bu ev muzey şəklində fəaliyyət göstərmişdir.[1] Muzeyin sonuncu direktoru Nazim Məmmədov (1976–1990) olmuşdur. 1924-cü ildə kitabxana, 1932-ci ildə dram teatrı, 1959-cu ildə mahnı və rəqs ansamblı, 1970-ci ildə 30 min eksponatı olan Xankəndi Tarix Diyarşunaslıq muzeyi yaradılmışdı..[2]

Ekspanatları

redaktə

Mir Möhsün Nəvvabın 8 rəsm portreti, bir çox xan və ağaların əşyaları (qılıncları, kəmərləri,geyimləri və s.), qədim Qarabağ xalçaları (28 ədəd, onlardan ikisi işğal zamanı yandırılmışdır), ən cavanı 18-ci əsrə aid olan qədim əlyazmalar və kitablar, tüfəng növləri.

Hazırkı şəraiti

redaktə

Vaxtilə Rusiyanın, Ukraynanın, Belarusiyanın, Türkiyənin, İranın, Özbəkistanın, Almaniyanın, Suriyanın və Amerikanın dahi adamları, alimləri bura gəlmiş, öz heyranlıqlarını bildirmişdilər.[3] Kərkicahan işğal olunan zaman, ekspanatların 98 %-i çıxarılmış, digərləri isə muzeylə birlikdə yandırılmışdır. Muzeyin qorunub saxlanılmış kolleksiyası hazırda Gəncə Şəhər Muzeyində saxlanılır.[4]

Həmçinin bax

redaktə
  • Xankəndi Dövlət Dram Teatrı

İstinadlar

redaktə
  1. ↑ Zaman qəzeti (Türkiyə), "Bağamsız Karabah", 10.09.2011
  2. ↑ "İşğal altındakı yurd yerlərimiz silsiləsindən". 2018-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
  3. ↑ Qasım Qırxqızlı, "Tariximizi itirməkdəyik", 23.01.2006
  4. ↑ Organization.com "Qarabağ muzeyləri", 20.08.2006

Xarici keçidlər

redaktə
  • Xankəndi Şəhər Tarix – Diyarşünaslıq Muzeyi
  • Tarix və diyarşünaslıq muzeyləri — yaşayan tariximizin təkrarsız ünvanı…
  • İşğal zülmətindəki muzeylərimiz və abidələrimiz
  • Erməni işğalında qalan muzeylərimiz…
  • Xankəndi — işğaldan əvvəl və sonra
  • Çələbi adına Tarix və Diyarşünaslıq Muzeyi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xankəndi_Şəhər_Tarix-Diyarşünaslıq_Muzeyi&oldid=7385268"
LOVE.AZ