. Love.az

Xanverdi Turaboglu - Wikipedia - Love.az

Ana Səhifə - Xanverdi Turaboglu

Xanverdi Turab oğlu Fərziyev (3 sentyabr 1967) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002-ci ildən).

Xanverdi Turaboğlu
Xanverdi Turab oğlu Fərziyev
Doğum tarixi 3 sentyabr 1967 (57 yaş)
Doğum yeri Cəlilabad, Maşlıq kəndi

Həyatı

redaktə

Xanverdi Turaboğlu 1967-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin filoloğiya fakültəsində təhsil almışdır (1990-1995). Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşıdır (2003-cü ildən). İlk məgaləsi "Ədəbiyyat qəzeti"ndə dərc olunub ("Ömər Xəyyam", 1992-ci il 17 iyul). Müasir ədəbi proseslə (poeziya, nəsr, dramaturgiya, təngid və ədəbiyyatşünaslıgla), o cümlədən klassik Azərbaycan, rus, türkmən ədəbiyyatı ilə bağlı, eləcə də bədii yaradıcılığın nəzəri-estetik problemlərinə həsr olunmuş bir sıra çoxsaylı irihəcmli elmi-tədqiqat və tənqidi əsərlərin müəllifidir. Dövri mətbuat səhifələrində, elmi jurnallarda, internetdə yazıları dərc olunur. "Dramaturgiyamızda psixologizm problemi (İlyas Əfəndiyevin yaradıcıliğı əsasında)" mövzusunda namizədlik dissertasiyasını yazıb tamamlamışdır.

Xarici keçidlər

redaktə
  • Əkbər Qoşalının hekayələri haqda qeydlərim[ölü keçid]
  • Hekayələri[ölü keçid]
  • Rəsmiyyə Sabirin «Həbs olunmuş sükut» kitabını oxuyarkən…[ölü keçid]
  • Psihologizm probleminin öyrenilmesi ve qoyuluşuna dair Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xanverdi_Turaboğlu&oldid=8009793"
LOVE.AZ