. Love.az

Xarabaliq Kelezi - Wikipedia - Love.az

Ana Səhifə - Xarabaliq Kelezi

Xarabalıq kələzi (lat. Trapelus ruderatus) — Düzənlik kələzləri cinsinə aid növ.

Xarabalıq kələzi
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Sauropsida
Sinif:
Sürünənlər
Klad:
Eureptilia
Klad:
Romeriida
Klad:
Diapsida
Klad:
Neodiapsida
Klad:
Sauria
Klad:
Lepidosauromorpha
Dəstəüstü:
Lepidosauria
Dəstə:
Pulcuqlular
Klad:
Toxicofera
Klad:
Iguanomorpha
Yarımdəstə:
İquankimilər
Klad:
Acrodonta
Fəsilə:
Kələzlər
Yarımfəsilə:
Agaminae
Cins:
Düzənlik kələzi
???:
Xarabalıq kələzi
Beynəlxalq elmi adı
  • Trapelus ruderatus Olivier, 1804[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  1056893
NCBI  118237

Mündəricat

  • 1 Xariçi görünüşü
  • 2 Arealı
  • 3 Təsnifatı
  • 4 Yayılma əraziləri
  • 5 Çoxalması
  • 6 İstinadlar

Xariçi görünüşü

redaktə

Kələzin quyruğu ilə birlikdə uzunluğu 10 sm təşkil edir. Orta uzunluğa malik olsa da, başı hündür və ensizdir. Boğaz nahiyyəsində kisəçik inkişaf etməmişdir. Bel nahiyəsində pulcuqlar ölçü baxımından bir-birindən fərqlənir. Pulcuqların ölçü fərqləri quyruqda belə görünür. Bütün quruq boyunca pulcuq yayılmışdır. Bədəni boz-mavi, sarı və sarı-qırmızı çalarlar alır. Boğaz nahiyyəsi ağ olsa da, sarı və ya mərmər şəkillərlə örtülür.

Arealı

redaktə

Əsasən Anadolu, Suriya, Şərqi İordaniya, şimali Ərəbistan ərazisində, İran, İraq, Əfqanıstan və Pakistan ərazisində yayılmışdır. Üstəlik Azərbaycanın Cəbrayıl rayonu və Zəngilan rayonunun Araz çayı sahilləri boyunca, bir də Talış dağları və Zuvand ərazisində yayılmışdır. Cəbrayıl rayonunun Şükürbəyli kəndində 1 km-lik marşrutda 4-5 fərd xarabalıq kələzi saymaq olar[2]

Təsnifatı

redaktə

Azərbaycanda məhdud arealda yayılan bu növün Trapelus ruderatus ruderatus yarımnövü yayılmışdır. Digər yarımnöv olan Trapelus ruderatus baluchianus (M. Smith, 1935) əsasən Pakistanın şimal-qərbində yayılmışdır.

Yayılma əraziləri

redaktə

Xarabalıq kələzi yarımsəhra, öndağlıq ərazilərdə və dağ çöllərində yayılmışdır. Azərbaycanın cənub ərazilərində Arazın quraq sahil düzənliklərində 1 ha ərazidə 1-1,2 baş kələzə rast gəlmək olar[3]. Suriyada isə bu növün 2509-3000 metr yüksəklik ərazilərdə belə yayılmışdır. Bu isə çox nadir hadisə hesab edilir.

Çoxalması

redaktə

Azərbaycanda kələzlər qışlamadan martın əvvəllərində çıxırlar. Cinsi yetkinliyə erkəklər ikinci ilində uzunluğu 58–60 mm olarkən çatırlar. Yumurta qoyma aprelin sonu, mayın əvvəllərinə təsadüf edir. İranda isə arelin sonu baş verir. 5-14 yumurta qoyurlar, bu isə dişinin ölçüsündən asılıdır. Balalar 28–33 mm olmaqla iyunun sonları yumurtadan çıxırlar.

Qidalanmasına gəldikdə xarabalıq kələzi əsasən böçəklər və diğər onurğasızlarla qidalanırlar.

İstinadlar

redaktə
  1. ↑ Qlobal Biomüxtəliflik Məlumat Mexanizmi (çd.). 2001.
  2. ↑ "Xarabalıq kələzi haqqında məlumat". 2015-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.
  3. ↑ "Xarabalıq kələzi". 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xarabalıq_kələzi&oldid=6690170"
LOVE.AZ