Xarratlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.[2][3]
kənd | |
Xarratlı | |
---|---|
40°02′10″ şm. e. 44°28′08″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Zəngibasar mahalı |
Rayon | Zəngibasar rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Mərkəzin hündürlüyü | 830 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 25 |
Xəritəni göstər/gizlə
|
Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. Zəngibasar rayonu təşkil edilənə qədər (14 yanvar 1969) Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[4].
Toponim sənət bildirən xaratlı türk tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. I.1978-ci il fərmanı ilə adı dəyişdirilib Arevabuyr qoyulmuşdur. XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında Xaratlu kimidir[5]. 1918-ci ildə kəndin əhalisi qovulmuşdur[6][7] (11, 164). 1926-cı ildə ermənilər yerləşmişlər. 1978-ci ildə kənd ermənicə Arevablur adlandırılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Haratlıdır[8][9]. Əsli Heratlı. Əfqanıstandan türk tayfalarının hərəkəti ilə Herat əyalətinin adı gətirilmədir.
Kənddə 1831-ci ildə 183 nəfər, 1873-cü ildə 303 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 202 nəfər,1908-ci ildə 373 nəfər, 1914-cü ildə 571 nəfər, 1916-cı ildə 192 nəfər,[10], 1918-ci ildə 496 nəfər[11], 1919-cu ildə 160 nəfər[12] yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin payızında azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur[13]. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 61 nəfər azərbaycanlı, 1926-cı ildə 102 nəfər azərbaycanlı, 62 erməni, 1931-ci ildə 136 nəfər azərbaycanlı, 59 erməni yaşamışdır[10]. 1986-cı ildə çap edilmiş "Ermənistan və ətraf vilayətlərinin toponimlər lüğəti"ndə azərbaycanlılar erməni kimi təqdim edilir və burada guya 1930-cu ilə kimi yalnız ermənilər yaşamışdır[14]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948–49-cu illərdə azərbaycanlılar zorla tarixi torpaqlarından deportasiya edilib Azərbaycana köçürülmüş və xaricdən (İran, Türkiyə, Livan) köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.[15]