Xatınlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Xatınlı kənd inzibati ərazi dairəsində kənd.[3]
Xatınlı | |
---|---|
41°02′29″ şm. e. 45°38′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6033[2] |
Xəritəni göstər/gizlə
|
Kənd Kür çayı sahilində olan Xatınlı kəndinin əhalisinin 1930-1936-cı illərdə Xunni düzündə həmin kəndə məxsus əkin yerlərində məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların bir qismi oykonimi etnotoponim hesab edir. Bəzi tədqiqatçılar isə oykonimi Atabəy Özbəyin sonralar isə Cəlaləddin Xarəzmşahın zövcəsi Mehri Cahan Xatunun (XIII əsr) adı ilə bağlayırlar. Xatun "xan arvadı, xan qadını" mənasındadır.[4]
Kənd XX əsrin 30-cu illərində kolxoz islahatı ilə əlaqədar Kür çayının sağ sahilindən indiki əraziyə köçürülmüşdür.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 2757 | 1350 | 1407 |
2009[6] | ↗3152 | ↗1579 | ↗1573 |
Kənd əhalisinin əsas məşğuliyyəti ticarət, əkinçilik, heyvandarlıq və tikinti işləridir.
Bakı-Tbilisi-Ceyhan neft kəməri kəndin ərazisindən keçir.
2009-cu ildə BP şirkəti Xatınlıda kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün buraya 226 000 ABŞ dolları dəyərində qrant ayırmışdır.
Kənddə Xatınlı kənd kitabxana filialı,[7] Xatınlı kənd klubu,[8] Xatınlı poçt şöbəsi (AZ6033)[9] fəaliyyət göstərir.
Kənddə Firudin Qasımov adına Xatınlı kənd tam orta məktəbi fəaliyyət göstərir.[10][11]
Bundan başqa kənddə Xatınlı kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[12]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Xatınlı kənd xəstəxanası yerləşir.[13]