. Love.az

Xocesen Elektrik Deposu - Wikipedia - Love.az

Ana Səhifə - Xocesen Elektrik Deposu

Xocəsən — Bakı metrosunun sayca ikinci elektrik deposu.[1] Bənövşəyi xəttin bir hissəsini təşkil edir.[1] Xocəsən metrostansiyasının yanında yerləşir.[1]

Xocəsən

3-cü xətt

Depodakı qatarlar
Xəritə
Ölkə  Azərbaycan
Şəhər Bakı
Açılma tarixi 23 dekabr 2022
Ən yaxın stansiya Xocəsən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
[
  • b
  • m
  • r
]
Bənövşəyi xətt
Legend
Əlillər və fiziki məhdudiyyətli şəxslər üçün giriş Xocəsən
Xocəsən deposu
Əlillər və fiziki məhdudiyyətli şəxslər üçün giriş Avtovağzal
Əlillər və fiziki məhdudiyyətli şəxslər üçün giriş Memar Əcəmi-2
Əlillər və fiziki məhdudiyyətli şəxslər üçün giriş 8 Noyabr
B-4
B-5 (Nizami-2)
B-6A (Sahil-2)
B-6B (Azadlıq Meydanı)
B-7 (Xətai-2)
B-8

Mündəricat

  • 1 Tarixi
  • 2 Xüsusiyyətlər
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

"Xocəsən" elektrik deposunun açılışı 23 dekabr 2022-ci ildə baş tutmuşdur.[1] Açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir.[1] Elektrik deposunun tikintisi üç mərhələli plan üzrə aparılmış və birinci mərhələ başa çatmışdır.[1] Daha iki mərhələ üzrə işlər xəttin yeni stansiyaları və tunelləri inşa olunduqca tələbata uyğun görüləcək.[1]

İkinci mərhələdə məişət otağı ilə dayanma korpusu, qatarların yuyulması kamerası, təkərlərin diaqnostika kompleksi, yanacaq-sürtkü materialları anbarı, dönmə qurğuları, kompressor stansiyası, təmir-dayanacaq binası üçün qazanxana inşa olunacaq.[1] Üçüncü mərhələdə isə vaqonların təmiri və istehsalı korpusu, inzibati və məişət binaları, dispetçer idarəetmə məntəqəsi və vaqon təmiri binaları üçün qazanxana, qaldırıcı kran estakadası ilə texnoloji platformanın tikintisi planlaşdırılır.[1]

Xüsusiyyətlər

redaktə

Elektrik deposu 24 hektardan çox ərazini əhatə edir.[1] Depoda iki içməli su anbarı, iki yanğın su anbarı, üç baxış qanovu və xidməti otaqlar, qatarların hərəkətini idarə etmək üçün blok-post, elektrik yarımstansiyası, təmir və texniki baxış infrastrukturu yaradılıb.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 "İlham Əliyev Bakı Metropoliteninin "Xocəsən" stansiyasının açılışında iştirak edib". Report. 23 dekabr 2022. 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2022.

Xarici keçidlər

redaktə
  • metro.gov.az/az/ — Bakı Metropoliteninin rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xocəsən_(elektrik_deposu)&oldid=7878022"
LOVE.AZ