. Love.az

Xorvatiya Avroviziya Mahni Musabiqesinde - Wikipedia - Love.az

Ana Səhifə - Xorvatiya Avroviziya Mahni Musabiqesinde

Xorvatiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1993-cü ildə qoşulmuş və ümumilikdə 25 dəfə müsabiqədə iştirak etmişdir. 1993 və 2011-ci illər arasında ölkənin Avroviziya təmsilçiləri Dora pop festivalı vasitəsilə seçilmişdir. İştirak etdiyi illər ərzində Xorvatiya heç vaxt müsabiqənin qalibi ola bilməmiş və indiyədək əldə edilən ən yüksək nəticə 1996-cı ildə Maya Blaqdan və 1999-cu ildə Doris Draqoviçin təmsilində qazandıqları dördüncü yer olmuşdur. Ölkə ümumilikdə altı dəfə müsabiqədə ilk onluqda yer almışdır.

Xorvatiya
Xorvatiya
Yayım hüququ HRT
Seçim tədbiri
Dora
  • 1993-2011
  • 2019
Daxili seçim
  • 2012-2013
  • 2016-2018
Məlumat
İştirak sayı 25
Debüt müsabiqə 1993
Ən yaxşı nəticə 4-cü: 1996, 1999
Ən pis nəticə 17-ci (YF): 2018
eurovision.tv/country/cr…

2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Xorvatiya altı dəfə yarımfinal mərhələsində məğlub olmuşdur. 2010-cu ildən 2013-cü ilədək dörd il ard-arda yarımfinal məğlubiyyətindən sonra ölkə 2014 və 2015-ci illərdə müsabiqəyə qatılmaqdan imtina etmişdir. Növbəti ildə Avroviziyaya geri dönən Xorvatiya 2016 və 2017-ci illərdə müsabiqənin finala yüksələ bilmişdir.

Xorvatiya daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində Avroviziyada iştirak etmişdir. Xorvat qrupu olan Riva 1989-cu ildə Yuqoslaviyaya Avroviziyada ilk və yeganə qələbəsini qazandırmışdır. 1990 Avroviziya Mahnı Müsabiqəsi Xorvatiyanın Zaqreb şəhərində keçirilmişdir.

Mündəricat

  • 1 Təmsilçilər
  • 2 Səsvermə tarixi
  • 3 Ev sahibliyi
  • 4 Qalereya
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Təmsilçilər

redaktə

 Qalib  İkinci yer  Üçüncü yer  Sonuncu yer

İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1993 Xorvatca, İngiliscə Put "Don't Ever Cry" 15 31 3 51
1994 Xorvatca Toni Çetinski "Nek' ti bude ljubav sva" 16 27
Yarımfinal olmayıb
1995 Xorvatca Magazin və Lidiya Horvat-Dunyko "Nostalgija" 6 91
1996 Xorvatca Maya Blaqdan "Sveta ljubav" 4 98 19 30
1997 Xorvatca E. N. I. "Probudi me" 17 24
Yarımfinal olmayıb
1998 Xorvatca Daniyela Martinoviç "Neka mi ne svane" 5 131
1999 Xorvatca Doris Draqoviç "Marija Magdalena" 4 118
2000 Xorvatca Qoran Karan "Kad zaspu anđeli" 9 70
2001 İngiliscə Vanna "Strings of My Heart" 10 42
2002 İngiliscə Vesna Pisaroviç "Everything I Want" 11 44
2003 Xorvatca, İngiliscə Klaudia Beni "Više nisam tvoja" 15 29
2004 İngiliscə İvan Mikuliç "You Are The Only One" 12 50 9 72
2005 Xorvatca Boris Novkoviç və LADO "Vukovi umiru sami" 11 115 4 169
2006 Xorvatca Severina "Moja štikla" 12 56
Birbaşa finalçı
2007 Xorvatca, İngiliscə Dragonfly və Dado Topiç "Vjerujem u ljubav"
Finala keçməyib
16 54
2008 Xorvatca Kraljevi ulice və 75 Cents "Romanca" 21 44 4 112
2009 Xorvatca İqor Sukrov və Andrea "Lijepa Tena" 18 45 13a 33
2010 Xorvatca Feminnem "Lako je sve"
Finala keçməyib
13 33
2011 İngiliscə Daria "Celebrate" 15 41
2012 Xorvatca Nina Badriç "Nebo" 12 42
2013 Xorvatca Klapa s Mora "Mižerja" 13 38
2016 İngiliscə Nina Kralyiç "Lighthouse" 23 73 10 133
2017 İngiliscə, İtalyanca Jak Hudek "My Friend" 13 128 8 141
2018 İngiliscə Franka Bateliç "Crazy"
Finala keçməyib
17 63
2019 İngiliscə, Xorvatca Roko Blajeviç "The Dream" 14 64
QEYD:
a. ↑  Xorvatiya yarımfinalda 13-cü yeri tutmasına baxmayaraq münsiflər heyətinin qərarı ilə finala vəsiqə qazanmışdır.

Səsvermə tarixi

redaktə
Xorvatiyanın ən çox xal "verdiyi" ölkələr
Sıra Ölkə Xal
1   Bosniya və Herseqovina 144
2   Malta 82
3   Serbiya 76
4   Rusiya 73
5   Sloveniya 71
Xorvatiyanın ən çox xal "aldığı" ölkələr
Sıra Ölkə Xal
1   Sloveniya 125
2   Bosniya və Herseqovina 115
3   Şimali Makedoniya 77
4   Malta 71
5   Almaniya 51

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi

redaktə
İl Şəhər Ev sahibi Aparıcılar
1990 Zaqreb Vatroslav Lisinski Concert Hall Helqa Vlahoviç Brnobiç və Oliver Mlakar

Qalereya

redaktə
  •  
    Feminnem qrupu Oslo səhnəsində (2010)
  •  
    Nina Badriç Bakı səhnəsində (2012)
  •  
    Klapa s Mora qrupu Malmö səhnəsində (2013)
  •  
    Nina Kralyiç Stokholm səhnəsində (2016)
  •  
    Jak Hudek Kiyev səhnəsində (2017)
  •  
    Franka Lissabon səhnəsində (2018)
  •  
    Roko Tel-Əviv səhnəsində (2019)

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xorvatiya_Avroviziya_Mahnı_Müsabiqəsində&oldid=7540862"
LOVE.AZ