Xorvatiyanın Milli Xalq Rəqsləri Ansamblı LADO — 1949-cu ildə Zaqrebdə yaradılmış milli rəqs ansamblı.[1] LADO Xorvatiyanın zəngin və regional musiqili və xareoqrafik ənənələrini təmsil edir. Bu ansamblı Xorvatiyanın ən uğurlu "mədəni ixrac məhsulu" adlandırırlar. Ansambl 37 rəqqasdan təşkil olunub. B heyətin tərkibində çıxış zamanı musiqi ifadə edənlər və ənənəvi və klassik musiqi alətlərində ifa edən 15 nəfərlik musiqiçi qrupu da var. Ladonun çoxlu sayda Xorvat etnoqraf və xareoqrafları, onlarla birgə fəaliyyət göstərən folklorçular da var.
Lado ansamblının əsası bədii rəhbər və xareoqraf Zvonko Ljevakoviç tərəfindən 11 noyabr 1949-cu ildə qoyulub.[2]
Lado ansamblı bir sıra milli və beynəlxalq mükafaların və yarışların qalibi olub. 1954-cü ildə Böyük Britaniyada Llangollendə keçirilən Llangollen Beynəlxalq Musiqili Eystetvodda (musiqi festivalında) birinci yerin qalibi olub. Daha sonra Zaqreb və İrlandiyada Korkda keçirilən bir sıra yarışların qalibi oldular. Bu ansambl həm də Santyaqo, Punta Arenas, Antofoqasta, Los Anceles, Frankfurt və Klivlenddə fəxri mükafatlar qazandı.
https://www.lado.hr - Ladonun rəsmi veb saytı.