Xoy şəhristanı - İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının (vilayətinin) 14 şəhristanından biri. Şəhristanın inzibati mərkəzi Xoy şəhəridir.
Xoy şəhristanı | |
---|---|
شهرستان خوی | |
![]() | |
38°33′ şm. e. 44°57′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
![]() |
Şəhristan Türkiyə Cümhuriyyətinin Van eli ilə həmsərhəddir.
Xoy sözcüyü bir neçə dildə məna verməkdədir. amma bu şəhərdə yaşəyanlar görək nə dildə danışırlar. üstdə göstərilən kimi bu şəhərin Azərbaycanın başqa şəhərləri kimi cəmaəti azərbaycan türkcəsində danışmaqdadırlar. buna görə də əvvəldə xoyun bu dildə mənalarını axdaracayıq.
Türkcədə ən yaxın məna Xoya Qoy(Qoyun) sözcüyüdür ki Qucaq mənasını yetirməkdədir[3] ki indidə işlədilir: Uşaq anasının QOYNUNDA özünü çox rahat hiss edir. şəhər insanların yaşamaq yeridir və onlar orada özlərini rahat hiss edirlər.
Qoyaq Vadi Məhəl və yer mənasını yetirməkdədir[4]. olsun ki bunun köküdə həman Qoy sözcüyüdür ki bir şəhərin adını çox yaxşı yetirir.
Bəziləridə Xoy sözünü Qoyun sözündən biliblər. Qoyun yəni davar. deyirlər ki xoy sözü qoyun sözündən alınmışdır.[5]
Quyu(Quy) sözü dərin yerinin mənasını yetirməkdədir. ki indidə türkcədə işlədilir və hamı onun mənasını bilir. xatırladmalıyıq ki Xoy şəhəri Azərbaycanın ən alçaqda yerləşən şəhərlərindən dir və bunu qaratəpədən(Urmiyə Xoy arasında yol üstündə bir darböğazdır.) enəndə görmək olar. Xoy təqribən 1100 metre açıq dənizlərdən ucadadır bu na görə də hətta Urmiyə Gölundən də alçaqdadır. Xoylular özləridə oraya xoy çuxuru deyirlər.[6]
Bəzi iddialara görə Pəhləvi dilində Xavi,Xəy kimi sözcüklər vardır ki Tər və yaş mənasını yetirirlər və Farsçılar Xoy kəliməsini onlardan bilirlər amma bu kəlimələrin xoyun hava durumu və yerinə heç bir bənzəri yoxdur! niyə ki xoyda o qədər də yağış filan yoxdur. hələ yeridə Qərbi azərbaycanın O biri şəhərlərindən qurudur. Xuy sözüdə kürdcədə duz mənasını yetirməkdədir. amma görək xoyda nə qədər kürd yaşamaqdadır. ərdəysə türklərin 5-də biri ki oda uzaq kəndlərdə yaşıyırlar. xoyun duz məna verməsi bir az tərs gəlir.Xoyda nə qədər duz varki oranı duz adlandırsınlar. sonrada xoydan bir az fasiləli kənd var ki oraya duzlaq deyirlər onda Xoy adı duzlaq olmalı idi, Xuy yox. Urmiyənin duzu Xoydan da çoxdur (Urmiyə gölü şorsuludur) və kürdüdə niyə oraya Xuy demiyiblər. Bunlar bir qism sorulardılar ki adamın beynindən keçirlər. Amma bundan üstdəki sözlər Xoyun hava və coğrafi durumuna çox yaxın görünürlər.
Qazıbilim/Arxeologiya tapıntılarından bəllənir ki, insan yaşamı Xoy sahəsində onminillər bundan öncəyə qayıdır. Daş və suvaq yazılar ki şumer, aşur və urartululara aiddilər, bilikçilərin zənniycə Aratta sahəsi ki şumer yazılarında deyilib həmin sahədir ki Aşur yazılarında ((sangi buto)) (Xoy, Mərənd və Güney mahalı) adlanıbdır.
İslam dövründə bu yurd həmişə Xoy adı ilə tanınıb. Xoy ermənilər qəsbkarlıq yürüşü qarşısında aslanlar kimi dayanıb və şəhəri onların əlinə vermədi.
2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 365,573 nəfər (kişilər: 183,556 nəfər - qadınlar: 182,017 nəfər) olmuşdur.[7][8]
Xoy şəhristanında əsasən Azərbaycan türkləri, və az sayda köçəri kürdlər yaşayırlar.
Bəxşlər | 2006 s.a. | Milli çoxluq | Azlıq |
---|---|---|---|
Cəmi | 365 573 | azərbaycanlı | kürd |
Mərkəz (Xoy) | 260 854 | azərbaycanlı | kürd |
Çaypara | 42 225 | azərbaycanlı | ... |
Qotur | 24 407 | kürd | azərbaycanlı |
Səfaiyə | 20 172 | kürd | azərbaycanlı |
Evoğlu | 17 915 | azərbaycalı | ... |
Xoy şəhəri 5,548 km² genişliği ilə azərbaycan və İranın ən şumal-qərbində və İran - Türkiyə sərhəddində yerləşibdir. Xoyun Tehranla məsafəsi 780 km, Təbrizilə 165 km-dir və İran - Avropa tranzit yolu xoyun 30 km liyindən keçir. Xoy geniş bir sahədə və böyük dağların arasında yerləşibdir, buna görə də "Xoy çuxuru" da adlanır.
Xoyun ən böyük dağı Əvrin dağıdır ("əvrin" türk dilində 'böyük' və 'əzəmətli' məna verir). Dağın hündürlüyu 3650 metrədən çoxdur. Qoturçay, Ağçay və Qoduqboğan çayları Əvrin dağının ən önəmli axarsularıdırlar ki Xoyun münbit çölunu illər boyudur suvarırlar.
Xoyun iqlimi dağlıqdır, çox soyuq və qarlı qışları var. Gül-çiçəkli yazlar, yumşaq yayları var ki gahdan istiyə sarı yönəlir və boyalı payızları ilə görkəmli və gözəl doğa/təbiət səhnələrini yaradır.
Xoy şəhristanı əhalisinin dili Azərbaycan türkcəsi, dini müsəlman - şiədir. İslamdan öncə və sonrakı sayaqlar Xoyun əhalisinin davranışlarında özünu göstərməkdədir. İslamdan öncə sayaqlar:
Aşıqlar (öncəki ozanlar) bu sahənin əsl mədəniyyət nişanəsidir ki hələ də xalqın içində gözəgəlim şəkildə görünürlər. Kosa, sayaçı, taxıl (buğda biçimi sayağı) və daha ayrı sayaqlar ki yavaş-yavaş modern yaşam səbəbindən unudulmaq üzərindədirlər.
İldə ortaq 300–400 mm yağış və hündür dağların olması nədəni ilə bu şəhərin dörd bucağında çox görkəmli va gözəl görünşlər yaradılır.
Xoyun neçə adlı-sanlı şəxslərini aşağıda ad aparacayıq:
Əmir Salman xan Dünbüli (Çors və Xoy hakimi)
Əmir Əhməd xan Dünbili-Xoy hakimi
Əmir Hüsenqulu xan Dünbüli (Xoyun Fəthəli şah Qaçar dövründə hakimi)
Əbülhəsən xan Dünbüli (Əbülhəsən xan Səba adli, İranın yeni musiqisinin banisi)
Əllamə Şeyx Şahabəddin Məhəmməd Xoylu (Şamın/Suriyanın Dəməşq şəhərinin baş qazisi və VII (hicri) yüzilliyin bilim adamlarından və ən önəmlilərdən biri Ayətullah üzma Seyid Əbülqasım Xoylu şiə məzhəbinin öz çağında birinci din bilik adamı idi.
Cənubi Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |