Xristian dünyası — xristian dövlətlərinə, xristianların çoxluq təşkil etdiyi ölkələrə və xristianlığın üstünlük təşkil etdiyi,[2][3] mədəni və ya tarixən iç-içə olduğu ölkələrə aid edilən tarixi termin.
Roma imperiyasının son dövrlərində xristianlığın Levantdan Avropaya və Şimali Afrikaya yayılmasından sonra xristian dünyası Yunan Şərqi və Latın Qərbinə bölünmüşdür. Nəticə etibarilə xristianlığın daxilində Roma[4] və Konstantinopol[5] şəhərləri ətrafında mərkəzləşmiş, öz inancları və əməlləri olan sektalar yaranmışdır. XI–XIII əsrlərdə latın kilsəsi Qərb dünyasının mərkəzi roluna yüksəlmişdir.[6]
"Christendom" [...] means literally the dominion or sovereignty of the Christian religion.