. Love.az

Xubyarli Imisli - Wikipedia - Love.az

Ana Səhifə - Xubyarli Imisli
Bu adın digər istifadə formaları üçün bax: Xubyarlı.

Xubyarlı — Azərbaycan Respublikasının İmişli rayonunun Məzrəli kənd inzibati ərazi dairəsində kənd.[1]

Xubyarlı
39°46′35″ şm. e. 48°01′36″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon İmişli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1.232 nəfər
Xəritəni göstər/gizlə
Xubyarlı xəritədə
Xubyarlı
Xubyarlı

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 Əhalisi
  • 4 İstinadlar

Tarixi

redaktə

Xubyarlı kəndinin adı 1902-ci il yanvar ayının 31-də Şamaxı şəhərində baş vermiş zəlzələdən köçən və gəlib həmin kənddə yerləşən 3 ailədən biri Xubyar bəyin adı ilə bağlıdır.[mənbə göstərilməlidir] Araz çayının sağ sahilində, Mil–Muğan su kanalı boyu, Bakı–Horadiz şose yolunun kənarında yerləşir.[mənbə göstərilməlidir]

Toponimikası

redaktə

İmişli rayonunun Məzrəli inzibati ərazi vahidində kənddir. Mil düzündədir. Tədqiqatçılara görə, oykonim özündə qəd. türkdilli bulqarların kuvyar tayfasının adını əks etdirir. Tarixi mənbələrin məlumatına görə, V əsrin sonu – VI əsrdə dəfələrlə Cənubi Qafqaz hücum etmiş bulqarların bir qismi bu ərazidə məskunlaşmışdır.[2]

Əhalisi

redaktə

Kənd əhalisinin sayı 1132 nəfərdir ki, onun da 565 nəfəri kişi, 567 nəfəri isə qadındır.[mənbə göstərilməlidir]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
İmişli rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xubyarlı_(İmişli)&oldid=8046738"
LOVE.AZ