. Love.az

Xursud Memmedov - Wikipedia - Love.az

Ana Səhifə - Xursud Memmedov

Xurşud Bayramqulu oğlu Məmmədov — Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru, Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi, Azərbaycan Kommunist Universitetinin əvvəlcə rektorunun tədris işləri üzrə müavini, daha sonra isə rektoru.[1]

Xurşud Məmmədov
Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi
dekabr 1955 – 10 mart 1961
Əvvəlkiİsmayıl Əsgərov
SonrakıHacıağa İbrahimov
Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru
1951 – 1954
ƏvvəlkiƏliqulu Fərəcov
SonrakıŞamil Əliyev
Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi
1948 – 1951
ƏvvəlkiRamiz Rəhmanov
Sonrakıİsmayıl Allahyarlı
Azərbaycan Kommunist Partiyası Astara Rayon Partiya Komitəsinin birinci katibi
1944 – 1948
Azərbaycan Kommunist Universitetinin rektoru
Azərbaycan Kommunist Universiteti rektorunun tədris işləri üzrə müavini
Şəxsi məlumatlar
Doğum tarixi 1906
Doğum yeri
  • Qaryagin rayonu, Azərbaycan SSR
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası

Təltifləri "Lenin" ordeni "Lenin" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 İctimai-siyasi fəaliyyəti
  • 3 Mənbə
    • 3.1 İstinadlar

Həyatı

redaktə

Xurşud Məmmədov 1906-cı ildə Qaryagin rayonunda doğulmuşdur. 1927-ci ildə 7 illik məktəbi bitirdikdən sonra həm ordud xidmət etmiş, həm də tam orta təhsil almışdır.

Xurşud Məmmədov əmək fəaliyyətinə Azərbaycan Kommunist Partiyası Qaryagin Rayon Komitəsində başlamışdır. O, 1936-cı ildə 26 Bakı Komissarı adına Zaqafqaziya Kommunist Universitetini, daha sonra isə orada aspiranturanı bitirərək Tiflis Ali Partiya Məktəbi və Bakı Ali Partiya Məktəbində tarix fənni üzrə dərs keçmişdir.

İctimai-siyasi fəaliyyəti

redaktə

Xurşud Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında işləmişdir. O, Azərbaycan Kommunist Universiteti rektorunun tədris işləri üzrə müavini, daha sonra isə rektoru işləmişdir.

Xurşud Məmmədov 1944-cü ildən 1948-ci ilədək Azərbaycan Kommunist Partiyası Astara Rayon Partiya Komitəsinin birinci katibi, 1948–1951-ci illərdə Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi, 1951–1954-cü illərdə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru, 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Respublika Partiya Məktəbinin direktoru, 1995–1961-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi vəzifələrində işləmişdir.

Mənbə

redaktə
  • Məmmədov Xurşud Bayramqulu oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 154.

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xurşud_Məmmədov&oldid=6907082"
LOVE.AZ