. Love.az

Yuregir Boyu - Wikipedia - Love.az

Ana Səhifə - Yuregir Boyu

Yüreğir boyu və ya Üreğir boyu — Oğuz xan dastanında oğuzların 24 boyundan biri kimi qeyd edilir. Bu boyların Üçoq qolunun Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilmişdir. Simvolları qılıncdır.

Üreğir boyu
Sayları və yaşadığı ərazilər
Dili Türk, qazax, özbək
Dini İslam
Mənşəyi Oğuz (Türk)

XIII əsrdə Çingiz xanın rəhbərliyindəki Monqol işğallarından qaçaraq Adananın Misis hövzəsində məskunlaşmış və XIV əsrdə Ramazanoğulları bəyliyini qurmuşlar. Bu bəylik uzun müddət Məmlük dövlətindən asılı vəziyyətdə yaşamış və XVI əsrdə Osmanlı sultan I Səlimin Misir səfərində Osmanlılardan asılı düşmüşdü. 1609-cu ildə Pir Mənsur bəyin istəyi əsasında Osmanlı torpaqlarına daxil edilmişdir. Hal-hazırda Misis, Cebelnur bağı, Yumurtalık, Ceyhan, Yüreğir bölgələrində yaşayan türkmənlər bu boydan gəlməkdədir.

Həmçinin bax

redaktə
  • Ramazanoğulları bəyliyi

İstinadlar

redaktə
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yüreğir_boyu&oldid=6188293"
LOVE.AZ