"Yūsha" (yaponca: 勇者?, hərf. "Qəhrəman"; ingiliscə alternativ adı "The Brave"[1]) – Yaponiya musiqi duosu "Yoasobi" tərəfindən buraxılmış sinql. Qrupun 2023-cü ildə buraxılmış "The Book 3" albomuna daxildir. Mahnı 29 sentyabr 2023-cü ildə buraxılmış və "Frieren: Beyond Journey's End" anime serialının birinci açılış mahnısı olmuşdur.
"Yūsha" | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
![]() | |||||||||
Yoasobi tərəfindən The Book 3 albomunda ifa olunmuş sinql | |||||||||
Yayımlanma tarixi | 29 sentyabr 2023 | ||||||||
Format | musiqi yükləmə, CD | ||||||||
Janr | J-pop, anison | ||||||||
Dil | yapon | ||||||||
Müddət | 3:14 | ||||||||
Prodüser | Ayase | ||||||||
Sözlərin müəllifi | Ayase | ||||||||
Studiya | Sony Japan | ||||||||
Yoasobi sinqllarının xronologiyası | |||||||||
|
|||||||||
Audio nümunəsi | |||||||||
"Yūsha" — YouTube platformasında "The Brave" — YouTube platformasında
|
Sözləri "Fanfare for Frieren" hekayəsi əsasında yazılan mahnı protaqonist Frirenin qəhrəman Himmelə qarşı emosiyalarını və xatirələrini ifafə edir. Mahnı "Billboard Japan Hot 100" hitparadında 2-ci yerə yüksəlmişdir.
2022-ci ilin sentyabrında Kanehito Yamada və Tsukasa Abe tərəfindən yaradılmış "Frieren: Beyond Journey's End" manqasının anime adaptasiyası anons edilmişdir.[2] 1 sentyabr 2023-cü ildə buraxılmış üçüncü anime treylerində birinci açılış mahnısı olan "Yūsha" səsləndirilmişdir.[3] Həmin gün "Yoasobi" qrupu 4 oktyabrda buraxılacaq "The Book 3" minialbomunda "Yūsha" mahnısının birinci trek olduğunu açıqlamışdır.[4]
"Yūsha" mahnısının buraxılmasından öncə "Yoasobi" qrupu 23 sentyabrda animenin ekranlaşdırılmasına həsr olunmuş tədbirdə mövzuları müzakirə etmişdir.[5] 27 sentyabrda mahnının iki gün sonra animenin premyerası ilə eyni zamanda sinql kimi buraxılacağı açıqlanmışdır.[6] Basdırılmış xəzinə üslubunda olan məhdud CD sinqlı 13 dekabrda buraxılmışdır.[7] Həmin versiyaya mahnının "The Brave" adlı ingiliscə versiyası daxil edilmişdir. Konnie Aoki tərəfindən tərcümə olunmuş ingiliscə versiya 24 noyabrda buraxılmış[8] və qrupun 12 aprel 2024-cü ildə buraxılmış ingilisdilli "E-Side 3" minialbomunda yer almışdır.[9]
Mahnının sözləri "Fanfare for Frieren" (奏送, Soso?) hekayəsi əsasında yazılmışdır. Ciro Kisonun müəllifi olduğu bu hekayə orijinal manqanın yazıçısı Yamadanın nəzarəti altında nəşr olunmuşdur. Hekayə qəhrəman Himmelin ölümündən 5 il sonra Frirenin "Musiqi şəhəri" adlı kiçik qəsəbəni ziyarət etməsindən bəhs edir. O, musiqili bir yerdə tanış olduğu qoca qadının çətin tapşırığını qəbul edir.[10]
Mahnı fank melodiyasına malik olsa da,[11] Frirenin qəhrəman Himmelə qarşı emosiyalarını və xatirələrini ifadə edir,[12] animenin tənha və melanxolik atmosferini əks etdirir.[13] Əvvəlcə mahnı Frirenin səyahətinə diqqət ayırsa da, qrupun yaradıcı direktorları Ayase və Şuya Yamamoto nəticədən narazı qalmışdırlar. Nəticədə, Ayase mahnını yenidən işləmiş və anime komandasına göndərmişdir.[14]
"Yūsha" üçün musiqi videosu anime serialının ilk 4 seriyasının yayımlanmasından sonra – 29 sentyabr 2023-cü ildə buraxılmışdır.[15] Videonun rejissoru Keyiçiro Saytodur və "Madhouse" studiyası tərəfindən hazırlanıb. Video Friren, Himmel, Hayter və Ayzenin qəhrəmanlıq macərasını əks etdirir.[16] İngiliscə versiya 24 noyabrda buraxılmışdır.[17]