Yəməndə husi çevrilişi — 2014-cü ilin 19 sentyabr tarixindən etibarən Yəməndə başlamış siyasi böhran və böhranın ardından ölkədə vətəndaş qarşıdurması ilə müşahidə edilən dövlət çevirilişi.[3][4][5][6] Ölkədə baş verən qarşdurmanın 2015-ci ilin yanvar ayında şiddətlənməsinin ardından hökumət istefa vermək məcburiyyətində qalmışdır. Ölkə prezidenti olan Abd Rəbbuh Mənsur əl-Hadi 2011-ci ildə ölkədə baş verən Yəmən inqilabının ardından Əli Abdullah Salehin yerinə prezident seçilmişdir. Salehin dönəmində onun əsas silahdaşlarından sayılan və vitse-prezident vəzifəsini icra etmiş Mənsur Hadinin hakimiyyətə gətirilməsi ölkə daxilində sabitliyin bərpa edilməsində yetərli olmadı. Yəməndə Şiə əhalisinin dəstəklədiyi Husi silahlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmaların 2015-ci ilin ilk ayında şiddətlənməsinin ardından hökumət istehfa vermək məcburiyyətində qalmış və ölkə paytaxtı olan Sana şəhəri Husi silahlıların nəzarəti altına keçmişdir.
Yəməndə husi çevrilişi | |||
---|---|---|---|
![]() | |||
Tarix | 19 sentyabr 2014 – 6 fevral 2015 | ||
Yeri |
Sana, ![]() |
||
Səbəbi | Sabitliyin bərpa olunmaması | ||
Nəticəsi |
Şiddətli döyüşlər baş verdi:
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|