. Love.az

Yasil Quru Qurbagasi - Wikipedia - Love.az

Ana Səhifə - Yasil Quru Qurbagasi

Yaşıl quru qurbağası (lat. Bufo viridis) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü.

Yaşıl quru qurbağası
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Dördayaqlılar
Klad:
Batrachomorpha
Sinif:
Suda-quruda yaşayanlar
Yarımsinif:
Zirehsizlər
Dəstəüstü:
Batrachia
Klad:
Salientia
Dəstə:
Quyruqsuzlar
Yarımdəstə:
Neobatrachia
Fəsiləüstü:
Hyloidea
Fəsilə:
Quru qurbağaları
Cins:
Quru qurbağası
Növ:
Yaşıl quru qurbağası
Beynəlxalq elmi adı
  • Bufo viridis Josephus Nicolaus Laurenti, 1768
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  661888
EOL  46394579
FW  94503

Yaşıl quru qurbağaları Cənubi və Mərkəzi Avropa, Şimali Afrika, Ön, Orta və Mərkəzi Asiya ərazisində yayılmışlar. Cənub arealları Qafqaz quru qurbağasına nisbətdə daha cənubda yerləşir.

Əsasən tarlalar, açıq sahələr, çay ətrafı ərazilərdə yayılırlar. Rəngi: üzərində tünd ysşıl ləkələr vardır. Qidalanmasında onurğasızlar üstünlük təşkil edir. İki qorunma üsuluna sahibdir: 1 - maskalanmış rəngi, 2 - dərisindən buraxılan toksiki maddə. Çoxalma fevral-iyul aylarına təsadüf edor. Ancaq yaşadığı ərazinin hündürlüyündən asılı olaraq müddət dəyişə bilər. Çütləşmə dayaz sulu ərazilərdə baş tutur. Çömçəquyruqlar əsasən mayda müşahidə edilirlər. Bəzən onların kiçik bir dayazlıqlarda sayları minlərlə olur. Kiçik tez quruyan dayazlıqlarda çömçəquyruqların ölüm faizi daha çox olur. Metamorfoz cənub arealında iyun-avqust, bəzən isə sentyabr ayında baş verir.

Yaşıl quru qurbağaları yalnız kürü tökərkən su tutarlarına üz tuturlar. Gecə həyat tərzi keçirirlər. Gündüz gəmiricilərin yuvalarında gizlənirlər. Onların arxa ayaqları ön ətraflarına nisbətdə daha uzundur. Bu isə onlara elə də böyük olmayan atışlarla hərəkət etməyə imkan verir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yaşıl_quru_qurbağası&oldid=8010608"
LOVE.AZ