. Love.az

Yasar Imanov - Wikipedia - Love.az

Ana Səhifə - Yasar Imanov

Yaşar Əbdülxaliq oğlu İmanov (21 mart 1933, Bakı – 26 oktyabr 2024[1]) — Azərbaycan dirijoru, Azərbaycan Respublikasının xalq artisti, Gürcüstan Respublikasının Əməkdar İncəsənət xadimi, Azərbaycan, Gürcüstan və Abxaziya bəstəkarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü.[2]

Yaşar İmanov
İmanov Yaşar Əbdülxaliq oğlu
Ümumi məlumatlar
Doğum tarixi 21 mart 1933(1933-03-21)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 26 oktyabr 2024
Vəfat yeri Bakı, Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, bədii rəhbər[d]
Fəaliyyət illəri 1993-cü ildən
Təhsili
  • Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci,
  • Moskva Dövlət Konservatoriyası
Üzvlüyü
  • Azərbaycan Bəstəkarlar İttifaqı
Mükafatları Azərbaycan Respublikasının xalq artisti

Həyatı

redaktə

İmanov Yaşar Əbdülxaliq oğlu 1933-cü il Bakı şəhərində anadan olub.

Azərbaycan Respublikasının xalq artisti, Gürcüstan Respublikasının Əməkdar İncəsənət xadimidir.

1954-cü ildə A. Zeynallı adına musiqi texnikomunun truba sinfini bitirib. Elə həmin ildə Moskva Konservatoriyasının dirijorluq kafedrasına daxil olub, 1958-ci ildə bitirib.

1958-ci ildə Gürcüstana, oradanda Suximi şəhərinə göndərilib. Dövlət Simfonik Orkestrində bədii rəhbər və baş dirijor vəzifəsində, eyni vaxtda Suxumi Musiqi Texnikomunda xor dirijorluq şəbəsinin müdiri vəzifəsində işləyib. Bakıya qayıtdıqdan sonra 1993-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında Opera hazırlığı kafedrasının dirijor vəzifəsində işləyib. Həmin ildən Niyazi adına simfonik orkestrinin radio-TV, bədii rəhbəri və baş dirijoru vəzifəsində işləyib.

1994-cü ildə Q. Qarayev adına Dövlət Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində işləyib.

Yaşar İmanov Azərbaycan, Gürcüstan və Abxaziya bəstəkarlar İttifaqının üzvüdür. Azərbaycan Respublikasının Prezident təqaüdçüsüdür.[3]

İstinadlar

redaktə
  1. ↑ https://medeniyyet.az/page/news/76447/Xalq-artisti-Yasar-Imanov-vefat-edib.html?lang=az.
  2. ↑ "Yaşar İmanovun yaradacıllığı". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-03.
  3. ↑ "Yaşar İmanov". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-03.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yaşar_İmanov&oldid=7840889"
LOVE.AZ