. Love.az

Yasayis Binasi Nizami Kucesi Donge 4 Ev 3 - Wikipedia - Love.az

Ana Səhifə - Yasayis Binasi Nizami Kucesi Donge 4 Ev 3

Nizami küçəsi döngə 4, ev 3 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan “Günbəzli ev”lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir.[1]

Yaşayış binası
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Nizami küçəsi döngə 4, ev 3
Tikilmə tarixi XIX əsrin I yarısı
Üslubu Arran memarlıq məktəbi
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.3922
Kateqoriyayaşayış binası
ƏhəmiyyətiYerli əhəmiyyətli

Memarlıq xüsusiyyətləri

redaktə

XIX əsrin əvvəllərində inşa edilmiş[1] ev, fasad və planının həll edilməsinə görə, İsmət Qayıbov küçəsi, döngə 1, ev 3 yerləşən yaşayış binasını xatırladır.[1] Evin interyeri fasadla müqayisədə daha zəngin həll edilmişdir. Otaq boyunca uzanan ləmlərin üstündə dayaz niş sırası keçir. Nişlər bir-birindən alebastr çəpərlər vasitəsiylə ayrılmışdır; otaqdakı buxarı da zəngin bəzədilmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Джеванширова, 1950. səh. 68

Ədəbiyyat

redaktə
  • Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yaşayış_binası_(Nizami_küçəsi_döngə_4,_ev_3)&oldid=6043343"
LOVE.AZ