. Love.az

Yasayis Binasi Sabir Kucesi 53 - Wikipedia - Love.az

Ana Səhifə - Yasayis Binasi Sabir Kucesi 53

Sabir küçəsi, 53 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi.[1]

Yaşayış binası
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Sabir küçəsi, 53
Tikilmə tarixi XIX əsrin II yarısı
Üslubu Arran memarlıq məktəbi
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.3965
Kateqoriyayaşayış binası
ƏhəmiyyətiYerli əhəmiyyətli

Memarlıq xüsusiyyətləri

redaktə

Gəncənin dövrümüzə çatmış tarixi evləri ilə müqayisədə Sabir küçəsi, 53 ünvanında yerləşən evin planlaşdırılmasında otaqların ənənəvi yerləşdirilməsi xüsusiyyətindən qaçaraq, plana daha kompakt görünüş verilməyə çalışmışdır.[1] Konstruktiv xüsusiyyətləri baxımından isə, ev, həmdövrü olduğu digər oxşar tikililərdən fərqlənmir.[1]

Memarlıq-fəza kompozisiyası baxımından ümumi həcmin nisbətləri yaxşı olsa da, ayrı-ayrı detalların, xüsusilə taxta hissələrin işlənməsi, kərpic hörgünün formalı istifadəsi və sair digər həmdövr abidələrlə müqayisədə daha zəifdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Джеванширова, 1950. səh. 70

Ədəbiyyat

redaktə
  • Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yaşayış_binası_(Sabir_küçəsi,_53)&oldid=6043346"
LOVE.AZ