. Love.az

Yasayan Birinin Zehninde Olumun Fiziki Mumkunsuzluyu - Wikipedia - Love.az

Ana Səhifə - Yasayan Birinin Zehninde Olumun Fiziki Mumkunsuzluyu

Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü — 1991-ci ildə "Gənc Britaniyalı Rəssamlar" dərnəyinin aparıcı üzvü, ingilis rəssam Demien Hörst tərəfindən yaradılmış sənət əsəri. O, vitrinin içində, formaldehiddə qorunmuş bir pələng köpəkbalığından ibarətdir. Əvvəlcə 1991-ci ildə Çarlz Saatçıya tapşırıldı, o da sənət əsərini 2004-cü ildə Stiven A.Kohenə satdı. Məbləğ gizli qalsa da, ən azı 8 milyon dollar olduğu deyilir. Amma Don Tompsonun "12 milyon dollarlıq ölü köpəkbalığı: müasir incəsənətin qəribə iqtisadiyyatı" adlı kitabının başlığı daha yüksək qiymət təklif edir.

Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü
Tarixi 1991[1]
Ölçüləri 213 sm ×
Materialı Formaldehid, Pələng köpəkbalığı, şüşə
Saxlanıldığı yer
  • Birləşmiş Krallıq[1]
  • İngiltərə[1]

14 futluq (4.3 m) orijinal pələng köpəkbalığının pozulması səbəbiylə, 2006-cı ildə yeni bir örnəklə dəyişdirildi. 2007-ci ildən 2010-cu ilə qədər Nyu Yorkdakı "Mitropolit İncəsənət Muzeyi"nə borc verildi.[2]

Əsər 1990-cı illər Britaniya incəsənətinin[3] ikonik nümunəsi hesab olunur və bütün dünyada Britartın simvoluna çevrilib.[4]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Make Lists, Not War (ing.). 2013.
  2. ↑ Smith, Roberta (16 October 2007). "Just When You Thought It Was Safe" Arxivləşdirilib 2008-12-11 at the Wayback Machine. The New York Times
  3. ↑ Brooks, Richard. "Hirst's shark is sold to America" Arxivləşdirilib 2021-05-20 at the Wayback Machine, The Sunday Times, 16 yanvar, 2005.
  4. ↑ Davies, Serena. "Why painting is back in the frame" Arxivləşdirilib 2021-05-20 at the Wayback Machine, The Daily Telegraph, 8 yanvar, 2005.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yaşayan_birinin_zehnində_ölümün_fiziki_mümkünsüzlüyü&oldid=7039925"
LOVE.AZ