Yana Matiasovska-Ağayeva (7 iyul 1987[1][2], Bratislava[2]) — Slovak əsilli Azərbaycan voleybolçusu, Türkiyənin Nilufər Bələdiyəspor komandasının şərəfini qoruyur.
Yana Matiasovska-Ağayeva | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (37 yaş) |
Doğum yeri |
![]() |
Vətəndaşlığı |
![]() |
Voleybolçu məlumatları | |
Boyu | 199 sm |
Çəkisi | 82 kq |
Zərbəsi | 319 sm. |
Bloku | 300 sm. |
Mövqeyi | Hücumçu |
Karyerası | |
Komandası |
![]() |
Nömrəsi | 7 |
Milli komanda karyerası | |
2012– |
![]() |
![]() |
Yana voleybola məktəbli olarkən Slovakiya voleybol məktəbində başlayıb. Məktəbdə oxuyanda müəllimlərindən biri voleybol məşqçisi olub. O, həmişə Yanaya gəl voleybol oyna, boyun da yaxşıdır deyirmiş. Əvvəlcə tərəddüd içərisində olub. Bir gün test tapşırığını pis yazan Yana, düşünür ki, gedib voleybolçu olacaq. 2000-ci ildən peşəkar olaraq voleybol klublarında çıxış etməyə başlayır. 5 il ərzində ölkəsinin ən güclü klubunda forma geyir. Məktəbi bitirəndən sonra Amerikaya təhsilini davam etdirməyə gedir. Orada bir universitet komandasında oynayır və yenə də oynadıqları çempionatların əksəriyyətində qalib olur. Daha sonra Rusiyaya gəlib ilyarım Uraloçkada oynayır. 2010-cu ildə Azərreylə transfer olunur. Burda Çağırış kubokunu qazanan Yana Azərbaycanda yerli voleybolçu kimi qalmaq təklifini qəbul edir. 2012-2013-cü illərdə o, Cənubi Koreyanın ən güclülərindən sayılan Suwon Hyundai E&C Hillstate klubunda çıxış edir. 2013-cü ildən Bakının "Azəryol" komandasının üzvüdür. 2014-cü ildə Superliqanın gümüş medallarına yiyələndikdən sonra klubu tərk etmişdir. 2014-cü ildə Atom klubuna transfer olunsa da, mövsümün ortasında əsas heyətdə az hallarda yer aldığına görə oranı tərk edib Bələdiyəspor Çanaqqala-ya yollanır.
Tarix | Ölkə | Klub |
---|---|---|
2000-2005 | Slávia UK Bratislava | |
2005-2009 | University of Louisville | |
2009-2010 | Uraloçka | |
2010-2011 | Azərreyl Bakı | |
2011-2012 | Azəryolservis | |
2012-2013 | Suwon Hyundai E&C Hillstate | |
2013-2014 | Azəryol Bakı | |
2014- | Atom Sopot | |
2015- | Bələdiyəspor Çanaqqala |
Vikianbarda Yana Matiasovska-Ağayeva ilə əlaqəli mediafayllar var. |