. Love.az

Yanalaq Duzu - Wikipedia - Love.az

Ana Səhifə - Yanalaq Duzu

Yanalaq düzü — Füzuli rayonunun Kərimbəyli kəndinin qərb tərəfində yerləşən düz. Bu düz bir çox tarixi hadisələrə səhnə olub. Elxanlılar zamanı daxili çəkişmələrə görə hərbi-köçəri əmirlər burda savaşıblar. Bu düzdə Əmir Teymurla Əmir Yarəhməd Qaramanlının vuruşu baş verib. 1812-ci ildə Kotlyarevski Abbas mirzənin üzərinə gedərkən qoşunlarından bir hissəsini burada saxlayıb.

Yanalaq düzü
Yerləşməsi
Ölkə
  •  Azərbaycan

Yanalaq düzü Arazbar el-obaları üçün qışlaq yeri idi. 1822-ci ildə Qaradağ vilayətiində Hacıəlili elinin qolu olan Kərimbəyli obası bu yurdda məskunlaşdı.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yanalaq_düzü&oldid=7599925"
LOVE.AZ