Yapon mifologiyası — Yapon arxipelaqında yaranmış ənənəvi hekayələr, xalq nağılları və inanclar toplusu. Şinto ənənələri Yapon mifologiyasının əsasını təşkil edir.[1][2][3]Yapon dini inanclarına Çin və Hind mifologiyalarının (Buddist və Hindu mifologiyası kimi) əsrlər boyu təsiri də mühüm rol oynamışdır.[1]
Yapon mifləri arxipelaqın coğrafiyası və kənd təsərrüfatına əsaslanan xalq dini ilə sıx bağlıdır. Şinto panteonunda saysız-hesabsız kami ("tanrı(lar)" və ya "ruhlar") mövcuddur.[1]
Yapon miflərinin ən mühüm iki qaynağı Kojiki və Nihon Şoki hesab olunur. Kojiki və ya "Qədim İşlərin Qeydi" Yapon miflərinin, əfsanələrinin və tarixi hadisələrinin ən qədim qorunub saxlanılan yazılı mənbəsidir. Bundan əlavə, Şintoşu Buddist baxış bucağından Yapon tanrılarının mənşəyini izah edir.[4][5][6]
Yapon mifologiyasının diqqətçəkən xüsusiyyətlərindən biri İmperator Ailəsinin mənşəyini izah etməsidir,[4]bu da tarix boyu imperator sülaləsini ilahiləşdirmək üçün istifadə olunmuşdur.[7]
Yapon dili müxtəlif mənbələrdə ardıcıl şəkildə transliterasiya olunmur.
Yapon mifləri şifahi ənənələr, ədəbi mənbələr (o cümlədən ənənəvi incəsənət) və arxeoloji qaynaqlar vasitəsilə nəsildən-nəslə ötürülmüşdür. Yaponiyanın tarixinin böyük bir hissəsində icmalar əsasən təcrid olunmuş vəziyyətdə yaşamışdır.[1][5]Bu da yerli əfsanələrin və miflərin məhz insanların yaşadığı coğrafi bölgələrin unikal xüsusiyyətlərinə uyğun şəkildə formalaşmasına imkan yaratmışdır.[1]
Kojiki (712-ci il) və Nihon Şoki (720-ci il) Yapon mifologiyası və tarixdən əvvəlki dövrə aid ən qədim və ən çox istinad edilən iki mənbədir.[5][1]VIII əsrdə, Yamato dövləti dövründə yazıya alınmış bu iki kolleksiya Yapon arxipelaqının, xalqının və imperator ailəsinin kosmoqoniyasını və mifik mənşəyini izah edir.[8][5]Kojiki və Nihon Şoki qeydlərinə əsaslanaraq, Yapon imperator ailəsi günəş tanrıçası Amaterasu və onun nəvəsi Ninigi-dən birbaşa nəsil gəldiyini iddia edir.[8][5][1]
İmperator Temmu Yaponiyanın tarixi haqqında mövcud qeydləri yadda saxlaması üçün Hiyeda no Are adlı şəxsi vəzifələndirmişdi. Tarixçilərin fikrincə, Kojiki və Nihon Şoki yazıya alınmazdan əvvəl mövcud olmuş iki digər kolleksiya əsasında Yapon tarixi şifahi şəkildə qorunurdu.[1]İmperator Temmu tamamlanmasını görmədən vəfat etsə də, İmperatriça Qenmey dövründə Hieda no Arenin yadda saxladığı bu tarix və mifoloji mənşə Kojiki mətnində qeyd edilmiş və imperatriça Genşo dövründə tam şəkildə kanji işarələri ilə yazıya alınmışdır.[1]
Yamato dövləti həmçinin Yapon xalqının, mədəniyyətinin və imperator ailəsinin tarixi və mifik mənşəyini izah edən ən qədim mətnlərdən ikisi olan Sudoku və Manyoşunu yaratmışdır.[8]
Edo dövrü alimi Motoori Norinaqa Kojiki mətnini şərh etmiş və onun verdiyi izahlar, qeydlər və alternativ mənbələrdən istifadə etməsi müasir alimlər tərəfindən tədqiq olunur. Çünki onun tədqiqatları bugünkü Yapon miflərinin anlaşılmasına böyük təsir göstərmişdir.[5]
Yapon arxipelaqının tarixini öyrənən arxeoloqlar, tarixi dövrləri tapılan arxeoloji nümunələrin xüsusiyyətlərinə əsasən üç mərhələyə bölürlər[3]:
Kofun dövrü tapıntıları həmçinin Kojiki və Nihon Şoki kimi Yapon mifologiyasının ən əhəmiyyətli iki ədəbi mənbəyini yazıya aldırmış Yamato dövlətinin tarixi haqqında müasir tarixçilərin bildiklərinin əsas mənbələrindən biridir.