Yaponiya milli parklarının siyahısı (yap. 国立 ) - Yaponiya tərəfindən qorunması və davamlı istifadəsi üçün nəzərdə tutulmuş ərazilərdir. Ekologiya Nazirliyi milli parklarla bağlı 1957[1] ildə qanun qəbul etmişdir. Milli parklar Ekologiya Nazirliyi və prefekturaların birgə fəaliyyəti ilə idarə edilir[2]. Yaponiyada ilk dəfə 16 mart 1934-ci ildə üç milli park açılmışdır: Seto-Naykan Milli Parkı (yap. 瀬戸内海国立公園), Unzen-Amakusa Akan Milli Parkı (yap. 雲仙国立公園) və Kirişima-Yaku Akan Milli Parkı (yap. 霧島国立公園).
2007-ci il məlumatına görə Yaponiyada 29 milli park fəaliyyət göstərir. Onların ümumi sahəsi 20482 km² təşkil edir. Bu isə Yaponiya ərazisinin 5,4 %[3][4] təşkil edir.