. Love.az

Yaqub Sevki Subasi - Wikipedia - Love.az

Ana Səhifə - Yaqub Sevki Subasi

Yaqub Şevki Subaşı (türk. Yakup Şevki Subaşı; 1876 və ya 1875[1], Elazığ – 20 dekabr 1939, İstanbul) — Osmanlı və Türkiyə hərbçisi. Balkan müharibələri, Birinci Dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir.

Yaqub Şevki Subaşı
Şəxsi məlumatlar
Doğum tarixi 1876
Doğum yeri Harput, Osmanlı
Vəfat tarixi 20 dekabr 1939
Vəfat yeri Ankara, Türkiyə
Dəfn yeri
  • Türkiyə Dövlət məzarlığı
Vətəndaşlığı Osmanlı imperiyası
Türkiyə Türkiyə
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Hərbi hissə 2-ci Ordu
9-cu Ordu
Xidmət illəri 1896-1930
Rütbəsi General-mayor
Döyüşlər Balkan müharibələri
Birinci Dünya müharibəsi
Türkiyə İstiqlaliyyət Müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Balkan müharibələri
  • 2 Birinci Dünya müharibəsi
    • 2.1 Çanaqqala müharibəsi
    • 2.2 Qalisiya cəbhəsi
    • 2.3 Qafqaz cəbhəsi
  • 3 İstiqlaliyyət müharibəsi
  • 4 Cümhuriyyət dövrü
  • 5 Həmçinin bax

Balkan müharibələri

redaktə

4 fevral 1913-cü ildə Çatalca Ordusu Artilleriya Komandanlığı baş qərargah rəisi vəzifəsinə təyin olunmuşdur. Bu vəzifədə olarkən Balkan müharibəsində iştirak etmişdir.

Birinci Dünya müharibəsi

redaktə

Çanaqqala müharibəsi

redaktə

31 avqust 1915-ci ildə Mustafa Kamal Paşanın yerinə 19-cu diviziya komandanı vəzifəsinə təyin olunmuşdur. 15 oktyabr 1915-ci ildə 3-cü Ordu Korpusu komandan müavini vəzifəsinə təyin olunmuşdur.

Qalisiya cəbhəsi

redaktə

21 oktyabr 1915-ci ildə 15-ci Ordu Korpusu komandan müavini vəzifəsinə təyin olunmuşdur. 5 oktyabr 1916-cı ildə Qalisiyada 15-ci Ordu Korpusu komandanı vəzifəsində xidmət edərkən Mirliva rütbəsinə yüksəlmiş və "Paşa" adı almışdır.

Qafqaz cəbhəsi

redaktə

18 noyabr 1916-cı ildə 14-cü Ordu Korpusu komandanı, 10 avqust 1917-ci ildə yenidən təşkil olunan 3-cü Ordunun tabeliyi altında olan 2-ci Qafqaz Ordu Korpusu komandanı vəzifəsinə təyin olundu. 11 oktyabr 1917-ci ildə isə 2-ci Ordu komandan müavini vəzifəsində xidmətini davam etdirərkən ruslara qarşı Qars döyüşündə iştirak etmiş və qalib gəlmişdir. 7 iyun 1918-ci ildə Şərq Ordular qrupunun tabeliyində olan 9-cu Orduya komandan təyin olunmuşdur. Yaqub Şevki Paşa 16 mart 1920-ci ildə müttəfiq dövlətlərin İstanbulu işğal etməsindən iki gün sonra ingilis qoşunları tərəfindən əsir götürülmüş, 13 iyul 1920-ci ildə isə Maltaya sürgün olunmuşdur.

İstiqlaliyyət müharibəsi

redaktə

Sakarya döyüşündən sonra ingilislərlə qarşılıqlı olaraq əsir dəyişiminin ardınca 31 oktyabr 1920-ci ildə Ankaraya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etməyə başlamışdır. 18 noyabr 1921-ci ildə Mustafa Kamal Paşa tərəfindən 2-ci Ordu komandanı vəzifəsinə təyin olunmuşdur. 9 sentyabr 1922-ci ildə İzmirin azad olunmasından sonra rəhbərliyi altında olan 2-ci Ordu ilə birlikdə Çanaqqalada yerləşən ingilis qoşunlarının mühasirəyə alınması əməliyyatında iştirak etmişdir.

Cümhuriyyət dövrü

redaktə

İstiqlaliyyət müharibəsindən sonra hərbi həyatını davam edərək 20 aprel 1924-cü ildə Ali Hərbi Şura üzvü təyin olunmuşdur. 20 dekabr 1939-cu ildə Ali Hərbi Şura üzvü olaraq fəaliyyətini davam etdirərkən vəfat etmişdir.

Həmçinin bax

redaktə
  • Türkiyə İstiqlaliyyət Müharibəsi
  • 9-cu Ordu
  • Qafqaz cəbhəsi
  1. ↑ Deutsche Nationalbibliothek Record #136157734 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yaqub_Şevki_Subaşı&oldid=7905790"
LOVE.AZ