Yarım günbəz — bir binada yarı dairəvi bir sahə tutan və yarım günbəz şəklində olan bir memarlıq elementidir.[1] Qədim Roma memarlığında apsislərdə, ənənəvi kilsə memarlığında, İslam memarlığındakı məscidlər və eyvanlarda tez-tez istifadə olunurdu.[2][3]
Onun erkən istifadə formalarından biri Roma kult təsvirlərini örtmək üçün olmuşdur.[3] Onlar Qədim Roma və ənənəvi kilsə memarlığında rast gəlinən bir xüsusiyyətdir. Yarım günbəz Bizans memarlığında və erkən xristian memarlığında mövcud olmuşdur.[3] İslam memarlığında isə məscidlərdə və eyvanlarda önə çıxır. Bəzi məscidlərdə isə şüşə mozaika ilə bəzədilmiş yarım günbəzlər mövcuddur.[4] VI əsrin ikinci yarısında Osmanlı memarlığında günbəzlərlə bərabər yarım günbəzlərdən istifadə edilməyə başlanmışdır.[5] Yarım günbəzlər Roma hamamlarında, saraylarda və böyük tikililərdə geniş yayılmışdı.[6] Britaniyada erkən orta əsrlər zamanı apsis tikilən zaman onun üstünü yarım günbəzlə örtürdülər.[6] XI əsrin Normandiyasında hər bir kilsənin hər bir apsisinin üstündə bir yarım günbəz var idi. Kilsələrin şərq ucu kvadrat formasında tikilməyə başlandıqdan sonra isə, yarım günbəzlər istifadədən çıxmışdır.[6]