Yasin İsmayıl oğlu Rüstəmov (28 iyul 1956) — texnika elmləri doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri. [1] [2]
Yasin Rüstəmov | |
---|---|
Yasin İsmayıl oğlu Rüstəmov | |
Doğum tarixi | (68 yaş) |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
İş yeri | AMEA-nın İdarəetmə Sistemləri İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
isi.az/az/content/168 |
Rüstəmov Yasin İsmayıl oğlu 28 iyul 1956-cı ildə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuşdur. 1973-ci ildə Bakı Dövlət Universiteti-nin (keçmiş Azərbaycan Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsinə daxil olmuş və 1978-ci ildə maye və qaz mexanikası üzrə tam kursu bitirərək "Mexanik" ixtisasını almışdır. Zaqafqaziya Layihə-Quraşdırma İşləri İdarəsində mühəndis olaraq əmək fəaliyyətinə başlamışdır. Uzun müddət Azərbaycan Meliorasiya və Su Təsərrüfatı sistemində müxtəlif vəzifələrdə işləmişdir. 1986-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan Hidrotexnika və Meliorasiya institutunun aspiranturasına daxil olmuş, 1991-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində texnika elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1993-2001-ci illərdə Naxçıvan MR Dövlət Kommunikasiya Komitəsinin sədri olmuşdur. 2015-ci ildə texnika elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. AMEA Torpaqşünaslıq və Aqrokimya institutunda dissertasiya şurasının üzvüdür. Elmi-tədqiqat layihələrinin üzvü və rəhbəri olmuşdur. AMEA İdarəetmə Sistemləri İnstitutunda laboratoriya rəhbəridir. [3] Ailəlidir. Üç övladı vardır.