. Love.az

Yaver Esedov - Wikipedia - Love.az

Ana Səhifə - Yaver Esedov
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Yavər Şahsuvar oğlu Əsədov (1956, Cəbrayıl rayonu) — rəssam, xəttat, Əməkdar mədəniyyət işçisi[1]

Yavər Əsədov
Doğum tarixi 1956
Doğum yeri
  • Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti rəssam
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi,
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Üzvlüyü
  • SSRİ Jurnalistlər İttifaqı,
  • SSRİ Rəssamlar İttifaqı
Mükafatları Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Həyatı

redaktə

Yavər Əsədov 1956-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1975-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1981-ci ildən SSRİ Jurnalistlər İttifaqının və SSRİ Rəssamlar İttifaqının üzvüdür. "Kommunist" qəzetində uzun illər baş rəssam kimi fəaliyyət göstərib. 2000–2004-cü illərdə "Zarafat" satirik qəzetini yaradıb və onun baş redaktoru olub. Respublikada və xaricdə keçirilən sərgilərin iştirakçısı və mükafatçısıdır. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin idarə heyətinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. Hazırda Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərir.

Ailəlidir, dörd oğlu, bir qızı var.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Səddam Hüseynin qızıl saat verdiyi xəttat: "Baba Pünhanı şöbə müdiri təyin etmişdim"". 2023-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-04.

Xarici keçidlər

redaktə
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yavər_Əsədov&oldid=7883131"
LOVE.AZ