. Love.az

Yaytsenin Muhasiresi 1464 - Wikipedia - Love.az

Ana Səhifə - Yaytsenin Muhasiresi 1464

Yaytsenin mühasirəsi — 10 iyul–22 avqust 1464-cü il tarixlərində, Osmanlının Bosniya və Herseqovinanı fəthi zamanı sultan II Mehmed başçılığı ilə Osmanlı ordusunun Bosniyanı fəth etmək və o zaman Macarıstanın nəzarəti altında olan Banya Lukanın cənubunda yerləşən strateji Yaytse qalası üzərində nəzarəti ələ keçirmək məqsədilə baş tutmuş mühasirə.[b]

Yaytsenin mühasirəsi
Tarix 10 iyul – 22 avqust 1464
Yeri Yaytse qalası
Yaytse Macarıstan banatı[a]
(indiki Bosniya və Herseqovina)
Nəticəsi Macarıstanın qələbəsi
Münaqişə tərəfləri

Osmanlı imperiyası

Macarıstan krallığı

Komandan(lar)

Mehmed II
Mehmed bəy

İmre Zapolyai

Tərəflərin qüvvəsi

30,000 nəfər[2]

bilinmir

Kütləvi bombardmanlara baxmayaraq, Osmanlının son hücumu ağır şəkildə dəf edilmişdi və Macarıstan kralı Matyaşın öz ordusu ilə yaxınlaşdığını eşidən Mehmed mühasirəni tərk etmişdir.

Mündəricat

  • 1 Zəmin
  • 2 Döyüş
  • 3 Nəticəsi
  • 4 Qeydlər
  • 5 Mənbə
    • 5.1 İstinadlar
    • 5.2 Ədəbiyyat

Zəmin

redaktə

1463-cü ildə II Mehmed Macarıstanın hökmranlığı altında olan Bosniyanın katolik kralı Stefan Tomasoviçi təslim olacağı təqdirdə ona təhlükəsizlik vəd etməsinə baxmayaraq onu edam edərək Bosniyaya hücum etmiş və regionu ələ keçirmişdir.[4]

1463-cü ilin sentyabrında papa II Piyin və Müqəddəs Roma imperiyasının himayəsi altında Macarıstan, Venesiya və Burqundiya hersoqluğu[5] Osmanlı türklərinin Serbiyadakı işğallarına müqavimət göstərmək üçün ittifaq yaratmışdılar. 1463-cü ilin dekabrında Banya Lukanın cənubundakı strateji qala olan Yaytse 1463-cü il sentyabrın sonlarında Bosniyaya əks hücumun ardınca mühasirədən sonra Yanoş Hunyadinin oğlu Macarıstan kralı Matyas Korvin tərəfindən geri alınmışdı.[6]

Yaytsenin yenidən fəth edilməsindən sonra bir çox digər Bosniya istehkamlı şəhərləri öz darvazalarını Macarıstan qoşunlarına açmışdır. Bosniyanın Osmanlılardan geri alınan hissəsi paytaxt Yaytse və onun hakimi İmre Zapolyai olmaqla banat halında təşkil edilmişdi.[6]

Döyüş

redaktə

1464-cü ilin iyulunda Osmanlı sultanı II Mehmed Yaytseni geri almağa qərar vermiş, Bosniyaya yeni bir hücum əmri vermişdir.[6] Mehmed özü şəxsən 30,000 nəfərdən ibarət qüvvəyə və altı daşatan topdan ibarət böyük bir mühasirə qatarına[7] komandanlıq etmişdir.[2]

Ehtimal olunur ki, Kolin İmberə görə Osmanlı ordusu Ədirnədən may ayının sonlarında yola düşmüşdü, "çünki Malipiero Yaytse mühasirəsini iyulun 10-dan avqustun 24-nə kimi qeyd edir və Enveridə bunun iyulda başladığını qeyd edir".[8]

Osmanlı ordusunun əsas hissəsi 10 iyul 1464-cü ildə Yaytseyə çatmışdır.[9] Altı həftədən çox davam edən kütləvi minalama və bombardmana baxmayaraq, Macarıstan müdafiəsi Osmanlı hücumlarını dəf etməyə nail olmuşdu. 22 avqustda Mehmed ertəsi səhər üç tərəfdən hücum əmri vermiş, ağır itkilərdən sonra Osmanlılar yenidən geri çəkilmişdir.[10] Kral Matyaşın Sava çayından bir kömək qüvvəsi ilə irəliləməsi xəbəri Osmanlı ordusuna çatan zaman II Mehmed qüvvələrini tərk edərək toplarını çaya[c] atmağa və 22 avqustda ordunun qışladığı Sofiyaya çəkilməyə qərar vermişdir.[6][12][d]

Nəticəsi

redaktə

Mehmed bəy Minnətoğlu Yaytsenin bu ikinci mühasirəsindən sonra Bosniya valisi təyin edilmişdir.[14]

Macarıstan qüvvələri Yaytse və Şimali Bosniyanın bəzi hissələri üzərində nəzarəti uğurla saxlamış olsalar da, qalan ərazilər Herseqovinanın süqutundan sonra 1483-cü ilə qədər tam üstünlük əldə edən Osmanlılara tabe olmuşdur.[15]

Qeydlər

redaktə
  1. ↑ 1463-cü ildə Matyaşın Bosniyanın şimalını işğal etməsindən sonra paytaxtı Yaytse olmuş və hakim kimi İmre Zapolyai təyin edilmişdir.[1]
  2. ↑ 1463-cü ildə macarların ələ keçirdikləri ərazi Macarıstan və macar hakimlərinin nəzarəti altında yeni Bosniya banatına çevrilmişdi.[3]
  3. ↑ Venesiyalı Malipieronun yazdığına görə, uğursuz mühasirədən sonra Osmanlılar düşmənin əlinə keçməməsi üçün hər biri 17 fut uzunluğunda olan beş mühasirə topunu Vrbas çayına atmışdılar.[11]
  4. ↑ və ya sentyabrda[13]

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ Rudić və b. 2015. səh. 222
  2. ↑ 1 2 Jaques, Showalter, 2007. səh. 483
  3. ↑ Van Antwerp Fine, 1987. səh. 586
  4. ↑ Bideleux, Jeffries, 2006. səh. 198
  5. ↑ Molnár, 2001. səh. 70
  6. ↑ 1 2 3 4 Setton, 1978. səh. 250
  7. ↑ Ágoston, 2023. səh. 115
  8. ↑ Imber, 1990. səh. 190
  9. ↑ Jaques, Showalter, 2007. səh. 484
  10. ↑ Pálosfalvi, 2018. səh. 216
  11. ↑ Imber, 2019. səh. 275
  12. ↑ Eugenia Kermeli; Oktay Özel. The Ottoman empire: myths, realities and 'black holes' : contributions in honour of Colin Imber. Isis. 2006. ISBN 978-975-428-322-8.
  13. ↑ Hunyadi, Laszlovszky, 2001. səh. 182
  14. ↑ Šabanović, 1959. səh. 40
  15. ↑ Kohn, 2006. səh. 240

Ədəbiyyat

redaktə
  • Ágoston, G. The Last Muslim Conquest: The Ottoman Empire and Its Wars in Europe. Princeton University Press. 2023. ISBN 978-0-691-20539-7.
  • Bideleux, R.; Jeffries, I. A History of Eastern Europe: Crisis and Change. Taylor & Francis. 2006. ISBN 978-1-134-71984-6. İstifadə tarixi: 2023-08-19.
  • Hunyadi, Zsolt; Laszlovszky, József. The Crusades and the Military Orders: Expanding the Frontiers of Medieval Latin Christianity. Central European University Press. Dept. of Medieval Studies. 2001. ISBN 963-9241-42-3.
  • Imber, C. The Ottoman Empire, 1300-1650: The Structure of Power. Bloomsbury Publishing. 2019. ISBN 978-1-352-00414-4.
  • Imber, Colin. The Ottoman empire: 1300-1481. Isis. 1990. səh. 190. ISBN 978-975-428-015-9.
  • Kohn, G.C. Dictionary of Wars. Facts on File library of world history. Facts On File, Incorporated. 2006. ISBN 978-1-4381-2916-7.
  • Molnár, M. A Concise History of Hungary. Cambridge University Press. 2001. ISBN 978-0-521-66736-4.
  • Pálosfalvi, T. From Nicopolis to Mohács: A History of Ottoman-Hungarian Warfare, 1389-1526. The Ottoman Empire and its Heritage. Brill. 2018. ISBN 978-90-04-37565-9. İstifadə tarixi: 2023-09-04.
  • Şablon:The Papacy and the Levant
  • Šabanović, Hazim. Bosanski pašaluk: postanak i upravna podjela. Oslobodenje. 1959.
  • Zsolt Hunyadi; József Laszlovszky; Central European University. Dept. of Medieval Studies. The Crusades and the Military Orders: Expanding the Frontiers of Medieval Latin Christianity. Central European University Press. 2001. 182–. ISBN 978-963-9241-42-8.
  • Jaques, T.; Showalter, D.E. Dictionary of Battles and Sieges: F-O. Greenwood Press. 2007. ISBN 978-0-313-33538-9.
  • Rudić, S.; Lovrenović, D.; Dragičević, P.; Beograd, I.; Sarajevu, F.U.; Banjaluci, F.U.; Isailović, N. Pad Bosanskog kraljevstva 1463. godine: = Fall of the Bosnian Kingdom in 1463. Zbornik radova / Istorijski institut Beograd. Историјски институт Београд. 2015. ISBN 978-86-7743-110-5. İstifadə tarixi: 2023-08-19.
  • Van Antwerp Fine, J. The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest. ACLS Humanities E-Book. University of Michigan Press. 1987. ISBN 978-0-472-10079-8.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yaytsenin_mühasirəsi_(1464)&oldid=7563626"
LOVE.AZ