Yekəxana — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı ilə Qobustan rayonunun Yekəxana kəndi Bədəlli kənd inzibati ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yekəxana kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]
Yekəxana | |
---|---|
40°28′33″ şm. e. 48°47′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Kənd keçmişdə İbrahimbəy də adlanmışdır. Yaşayış məntəqəsi XIX əsrdə Pirsaat çayı yaxınlığında yaşamış yekəxana tayfasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmış və bu tayfanın adı ilə adlandırılmışdır, İbrahimbəy bu ailələrin başçısı olmuşdur.[2]
Kənd Mərəzə yastanında yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1088 nəfər əhali yaşayır.[3]
Qobustan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |