. Love.az

Yekaterina Medici Mantuya Hersoginasi - Wikipedia - Love.az

Ana Səhifə - Yekaterina Medici Mantuya Hersoginasi

Yekaterina Mediçi (it. Caterina di Ferdinando de' Medici; 2 may 1593[1], Florensiya – 17 aprel 1629[1], Siena, Toskana) — Mantuya hersoginası.

Yekaterina Mediçi
it. Caterina de’ Medici
Mantuya hersoginası
16 fevral 1617 – 29 oktyabr 1626
ƏvvəlkiSavoyyalı Marqarita
Sonrakıİzabella Qonzaqa
Şəxsi məlumatlar
Doğum tarixi 2 may 1593(1593-05-02)[1]
Doğum yeri
  • Florensiya, Böyük Toskana hersoqluğu, İtaliya
Vəfat tarixi 17 aprel 1629(1629-04-17)[1] (35 yaşında)
Vəfat yeri
  • Siena, Siena əyaləti[d], Toskana, İtaliya
Vəfat səbəbi Təbii çiçək
Fəaliyyəti əsilzadə
Atası I Ferdinand (Toskana hersoqu)
Anası Lorreynli Kristina (Toskana hersoqinası)
Həyat yoldaşı
  • Ferdinand Qonzaqa (Mantuya hersoqu)
Ailəsi Mediçilər
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1593-cü ildə Florensiyada dünyaya gəldi. Atası Böyük Toskana hersoqu I Ferdinand Mediçi, anası isə Fransa kralı II Henrinin nəvəsi Lorreynli Kristinadır. 16 fevral 1617-ci ildə Mantuya hersoqu Ferdinand Qonzaqa ilə evləndi. Ancaq cütlüyün övladı olmadı.

1626-cı ildə dul qaldı və Toskanaya geri döndü. Ertəsi il qardaşı oğlu II Ferdinand tərəfindən Siena hakimi təyin edildi. Ancaq cəmi 2 il sonra çiçək xəstəliyi səbəbilə vəfat etdi.

Mənbə

redaktə
  • Cornelison, Sally J. Art and the Relic Cult of St. Antoninus in Renaissance Florence. Ashgate Publishing. 2012.
  • Carter, Tim; Goldthwaite, Richard A. Orpheus in the Marketplace: Jacopo Peri and the Economy of Late Renaissance Florence. Harvard University Press. 2013.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Pas L. v. Caterina de' Medici // Genealogics (ing.). 2003.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yekaterina_Mediçi_(Mantuya_hersoginası)&oldid=8125212"
LOVE.AZ