. Love.az

Yelena Vistropova - Wikipedia - Love.az

Ana Səhifə - Yelena Vistropova

Yelena Vıstropova (3 noyabr 1988) — Azərbaycanı təmsil edən qadın boksçu, 2014 və 2016-cı illərin Avropa Çempionatının qalibi.[1]

Yelena Vıstropova
Şəxsi məlumatlar
Tam adı Yelena Yevgenyevna Vıstropova
Vətəndaşlığı Rusiya Rusiya →
Azərbaycan Azərbaycan
Doğum tarixi 3 noyabr 1988 (36 yaş)
Doğum yeri Mahaçqala, Dağıstan MSSR
Boyu 174 sm. (5 ft 6 in)
İdman növü Boks
Medallar
Dünya Çempionatı
Gümüş 2012 Qinhuancdao 75 Kq.
Bürünc 2014 Jeju 69 Kq.
Avropa Çempionatı
Qızıl 2014 Buxarest 69 Kq.
Qızıl 2016 Sofiya 69 Kq.

Karyerası

redaktə

Yelena Vıstropova 2011-ci ildə Niderlandın Rotterdam şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[2] Yelena Vıstropova yturnirin 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Niderland nümayəndəsi Mariçelle de Yonq ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (10:12).[2]

Daha sonra Yelena Vıstropova 2012-ci ilin mayında Çinin Quançjou şəhərində baş tutan Dünya Çempionatında çıxış etdi.[3] Yelena Vıstropova 1/32 final mərhələsində Belarus təmsilçisi Vitoria Kebiovanı 18:8, 1/16 final mərhələsində Braziliya nümayəndəsi Roselli Feitosanı 18:12, 1/8 final mərhələsində Rumıniya təmsilçisi Luminita Turçini (RSCI), 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Liliya Durnyevanı 12:5, 1/2 final mərhələsində İsveç təmsilçisi Anna Laurelli 16:15 hesabı ilə məğlub etdi və final görüşünə vəsiqə qazandı.[3] Həlledici görüşdə isə o, İngiltərə nümayəndəsi Savanna Marşalla 15:18 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu.[3] Bununla da Yelena Vıstropova bu idman növü üzrə Dünya Çempionatının medalına sahib olan Azərbaycanın birinci qadın idmançısısı olaraq tarixə düşdü.

Yelena Vıstropova 2012-ci ilin avqustunda isə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı.[4] Turnirin 1/8 final mərhələsində Nigeriya nümayəndəsi Edit Ogoya məğlub olan (12:14) Yelena Vıstropova mübarizəsini başa vurdu.[4][5] Yelena Vıstropova həm də bu idman növü üzrə Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən birinci idmançı olaraq da tarixə düşdü.

Daha sonra Yelena Vıstropova 2014-cü ilin iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış etdi.[6] Yelena Vıstropova 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Eszter Olahı 3:0, 1/4 final mərhələsində Polşa təmsilçisi Nataliya Hollinshanı 3:0, 1/2 final mərhələsində isə Rumıniya nümayəndəsi Mihaela Kristiananı 3:0 hesabı ilə məğlub etdi və final görüşünə vəsiqə qazandı.[6] Həlledici görüşdə isə o, İngiltərə nümayəndəsi Stacey Kopelanda 3:0 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qızıl medalına sahib oldu.[6] Yelena Vıstropova bu idman növü üzrə Avropa Çempionatının qalibi olan Azərbaycanın birinci qadın idmançısı oldu.

Yelena Vıstropova 2014-cü ilin noyabrında isə Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış etdi.[7] Yelena Vıstropova 1/16 final mərhələsində İngiltərə nümayəndəsi Stasi Kopelandı (3:0), 1/8 final mərhələsində Çin Taybeyi təmsilçisi Çen Çi-Çunu (3:0), 1/4 final mərhələsində isə ABŞ nümayəndəsi Danyelle Volfa (2:1) qalib gəlsə də, 1/2 final mərhələsində Panama nümayəndəsi Ateyna Bilona (1:2) məğlub oldu və Dünya Çempionatının bürünc medalına sahib oldu.[7]

Daha sonra 2015-ci ilin iyununda baş tutan Birinci Avropa Oyunlarında da mübarizə aparan Yelena Vıstropova, turnirin 1/4 final mərhələsindəcə Birləşmiş Krallıq nümayəndəsi Sandi Ryana məğlub oldu (1:2) və mübarizəsini dayandırdı.[8]

Yelena Vıstropova 2016-cı ilin aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı.[9] Yelena Vıstropova turnirin 1/16 final mərhələsindəcə Türkiyə nümayəndəsi Səma Çalışqana məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.[9]

Daha sonra Yelena Vıstropova 2016-cı ilin mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı.[10] Yelena Vıstropova 1/16 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Savanna Marşalla məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.[10]

Yelena Vıstropova 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında da çıxış etdi.[11] Yeleba Vıstropova 1/4 final mərhələsində İtaliya nümayəndəsi Assunta Kanforanı 2:1, 1/2 final mərhələsində isə Rusiya təmsilçisi Səadət Abdullayevanı 2:1 hesabı ilə məğlub etdi və final görüşünə vəsiqə qazandı.[11] Həlledici görüşdə isə o, Türkiyə nümayəndəsi Səma Çalışqana 2:0 hesabı ilə qalib gəldi və növbəti dəfə Avropa Çempionatının qalibi sahib oldu.[11] Bununla da Yeleva Vıstropova bu idman növü üzrə 2 dəfə Avropa Çempionatının qalibi olan birinci Azərbaycna idmançısı olaraq tarixə düşdü.

Nəticələri

redaktə
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2011
Avropa Çempionatı   Niderland
PAT
2
2012
Dünya Çempionatı   Çin
2.
3
Olimpiya Oyunları   Birləşmiş Krallıq
PAT
4
2014
Avropa Çempionatı   Rumıniya
1.
5
Dünya Çempionatı   Cənubi Koreya
3.
6
2015
Avropa Oyunları   Azərbaycan
5.
7
2016
Avropa Olimpiya Təsnifat Turniri   Türkiyə
PAT
8
Dünya Çempionatı   Qazaxıstan
PAT
9
Avropa Çempionatı   Bolqarıstan
1.

İstinadlar

redaktə
  1. ↑ Olympedia.org. "Yelena VISTROPOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. ↑ 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2011 European Women Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  3. ↑ 1 2 3 Amateur-boxing.strefa.pl idman portalı. "2012 World Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. ↑ 1 2 Olympedia.org. "2012 Summer Olympics / Boxing / Middleweight (75 Kilograms) / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  5. ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2012 Summer Olympic Games — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  6. ↑ 1 2 3 Amateur-boxing.strefa.pl idman portalı. "2014 European Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  7. ↑ 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2014 World Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  8. ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2015 European Games — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  9. ↑ 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2016 European Olympic Qualifier Tournament — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  10. ↑ 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2016 World Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  11. ↑ 1 2 3 Amateur-boxing.strefa.pl idman portalı. "2016 European Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yelena_Vıstropova&oldid=8048323"
LOVE.AZ