Yellicə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Yellicə kəndi Keşdək kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yellicə kənd Soveti yaradılmışdır.[2] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatdan sonra kənd 25 noyabr 2020-ci ildə boşaldıldı.
Yellicə | |
---|---|
40°05′31″ şm. e. 45°57′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Yaşayış məntəqəsini XIX əsrdə qonşu Keşdək kəndindən köçmüş ailələr Yellicə adlı binə yerində saldığı üçün belə adlanmışdır. Oykonim "yelli, küləkli yer" mənasındadır.[3]
Kənd dağətəyi ərazidə yerləşir.
Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |