Yengicə — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.[2]
kənd | |
Yengicə | |
---|---|
39°54′00″ şm. e. 44°40′00″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Vedibasar mahalı |
Rayon | Vedi rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 869 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
|
Rayon mərkəzindən 67 km cənub qərbdə, Vediçayın qolu üzərində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Toponim təzə mənasında işlənən yengi[5] sözü ilə -cə şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. "…yengi təxminən XIX əsrin ortalarma qədər əski formasını saxlamış, get-gedə n-nin tərkibində olan samitinin zəifləyib düşməsi ilə yeni şəklində sabitləşmişdir. Yengi sözünün özünə gəldikdə bu yalnız Azərbaycan dilində deyil, eyni zamanda bütün türkdilli xalqların yazısında müştərək bir orfoqrafıyaya malik olmuşdur[6].
Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir.
Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sisavan qoyulmuşdur.
Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 189 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 313 nəfər, 1904-cü ildə 470 nəfər, 1914-cü ildə 517 nəfər azərbaycanlı yaşamışdır[7].
Azərbaycanlılar 1918-ci ildə ermənilər tərəfindən soyqırımına məruz qalaraq qovulmuş, xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdi. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 162 nəfər azərbaycanlı, 187 erməni, 1926-cı ildə 194 nəfər azərbaycanlı, 160 erməni və kürd, 1931-ci ildə 182 nəfər azərbaycanlı, 195 erməni yaşamışdır[7].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948–49-cu illərdə zorla tarixi-etnik torpaqlarından çıxarılıb Azərbaycana köçürülmüşdür. Burada yalnız ermənilər qalmışdır.