. Love.az

Yeni Kerki - Wikipedia - Love.az

Ana Səhifə - Yeni Kerki
Bu adın digər istifadə formaları üçün bax: Kərki (dəqiqləşdirmə).

Yeni Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun tərkibindəki yaşayış məntəqəsi Yeni Kərki kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Yeni Kərki kəndi mərkəz olmaqla Yeni Kərki kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Yeni Kərki
39°18′36″ şm. e. 45°13′16″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 380 nəf.
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Yeni Kərki xəritədə
Yeni Kərki
Yeni Kərki

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 Təhsil
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Toponimikası

redaktə

Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur.[3]

Tarixi

redaktə

Kənddə Ermənistan tərəfindən işğal olunan Kərki kəndinin sakinləri məskunlaşmışlar. Burada məcburi köçkün ailələri üçün mənzillər və xidmət mərkəzləri tikilmişdir.[4]

Coğrafiyası və iqlimi

redaktə

Kənd Arpaçayın sahilində, düzənlikdə yerləşir.

Əhalisi

redaktə

Əhalisi 400 nəfərdir.[5]

Təhsil

redaktə

Kənddə məktəb fəaliyyət göstərir.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  3. ↑ Yeni Kərki // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. ↑ Naxçıvanda sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsinə dair regional təlim keçirildi[ölü keçid]
  5. ↑  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Həmçinin bax

redaktə
Kəngərli rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yeni_Kərki&oldid=7615441"
LOVE.AZ