Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir və haraya? harada? haradan? suallarından birinə cavab olur.
Yer budaq cümləsi, adətən, baş cümlədən əvvəl gəlir. Budaq cümlədə haraya (ki), harada (ki), haradan (ki), o yerə (ki), o yerdən (ki), bir yerə ki, bir yerdən ki və s. kimi bağlayıcı sözlər işlənir. Bu zaman əlaqə vasitəsi kimi -sa² şəkilçisi də iştirak edə bilər. Baş cümlədə oraya (ora), orada, oradan, və s. kimi əvəzlik-qəliblər işlənir. Məs: Harada işləyirsən, oraya (ora) can yandırırsan. O yerdə ki meşə çox olur, orada insan rahat nəfəs alır. İndi harada ki qazıntı aparılır, keçmişdə orada böyük bir şəhər olub.
Baş cümlədə yönlük, yerlik, çıxışlıq hallarının şəkilçisini qəbul etmiş oraya, orada, oradan əvəzlik-qəliblər olmadıqda onları asanlıqla bərpa etmək olur. Məs: Haraya gedirsən, əliboş qayıdırsan. Haraya gedirsən, oradan əliboş qayıdırsan.