. Love.az

Yevgeni Rudakov Futbolcu - Wikipedia - Love.az

Ana Səhifə - Yevgeni Rudakov Futbolcu
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Yevgeni Rudakov.

Yevgeni Vasiliyeviç Rudakov (ukr. Євген Васильович Рудаков, 2 yanvar 1942, Moskva – 21 dekabr 2011[1], Kiyev) — Sovet və rusiya əsilli ukraynalı futbolçu, qapıçı. SSRİ beynəlxalq dərəcəli idman ustası (1973). SSRİ-nin əməkdar idman ustası (1973).

Yevgeni Rudakov
ukr. Євген Васильович Рудаков
Ümumi məlumatlar
Doğum tarixi 2 yanvar 1942(1942-01-02)
Doğum yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat tarixi 21 dekabr 2011(2011-12-21)[1] (69 yaşında)
Vəfat yeri
  • Kiyev, Ukrayna
Dəfn yeri
  • Baykovo qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ→Ukrayna Ukrayna
Boyu 190
Çəkisi 75 kq[2]
Mövqeyi Qapıçı
Karyerası
Gənclik karyerası
1957—1959 SSRİ Torpedo Moskva
Klub karyerası[* 1]
1960 SSRİ Torpedo Moskva
1961—1962 SSRİ Sudostroitel Mykolayiv
1962—1977 SSRİ Dinamo Kiyev 297 (-205)
Milli yığma[* 2]
1968—1976 SSRİ SSRİ milli futbol komandası 42 (-29)
1972 SSRİ SSRİ U-21 milli futbol komandası 6 (-6)
Məşqçisi olduğu klublar
1979 SSRİ Spartak İ-F
1980—1990 SSRİ Zmina Kiyev
1994 Ukrayna Kremen Kremençuk
Təltif və medalları
Yay Olimpiya Oyunları
Bürünc {{{3}}}
UEFA Avropa Çempionatı
Gümüş {{{3}}}
Dövlət təltifləri
Ukrayna Respublikasının III dərəcəli «Ləyaqət» Ordeni "Əməkdə fərqlənməyə görə" medalı SSRİ əməkdar idman ustası SSRİ beynəlxalq dərəcəli idman ustası

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

redaktə

Yevgeni Rudakov 2 yanvar 1942-ci ildə Moskvada anadan olmuş, 17 yaşında Torpedo Moskvanın gənclər komandasına yazılmış və dublla 2-ci yeri qazandı. Komandada güclü qapıçıların olması ilə əlaqədar olaraq 1961-ci ildə Nikolayev təmsilçisi Sudostroitel Mykolayivda oynamağa başladı. 1963-cü ildə Kiyev təmsilçisi Dinamo Kiyevə qoşuldu və 1964-1977-ci illərdə bu klubda oynadı.

Kiyev Dinamosu ilə 7 dəfə SSRİ çempionu olan Rudakov, eyni zamanda komandasının 3 dəfə SSRİ Kuboku qazanmasında da mühüm rol oynadı. Həmçinin Yevgeni komandasına 1974-75 mövsümündə UEFA Kuboklar Kubokunun və 1975-ci il UEFA Superkubokunu qazanmasına da kömək etdi.

Bundan əlavə SSRİ milli futbol komandasının heyətində 42 matç keçirmişdir. SSRİ yığması ilə 1972-ci ilin Futbol üzrə Avropa çempionatında finalına vəsiqə qazanmağlarına baxmayaraq final matçında Qərbi Almaniyaya 0-3 hesabı ilə məğlub olub gümüş medal qazandı. Milli komandadakı yoldaşları Revaz Dzodzuaşvili və Murtaz Xurtsilava ilə birlikdə çempionatın rəmzi komandasına daxil edildilər. Həmin rəmzi komandaya onlarla yanaşı - Frans Bekkenbauer, Paul Braytner, Uli Xöness, Günter Netzer, Herbert Vimmer, Raul Lamber, Yupp Haynkes və Gerd Müller daxil edilmişdi.

O cümlədən SSRİ Olimpiya komandası ilə 6 oyuna çıxan Rudakov 1972 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmışdı.

Rudakov 1971-ci ildə SSRİ-də ilin futbolçusu, 1969, 1971 və 1972-ci illərdə SSRİ-nin ən yaxşı qapıçısı seçildi. Eyni zamanda 1971 və 1972-ci illərdə Qızıl topu qazanmaq uğrunda mübarizə aparmışdır.

Məşqçi kimi Spartak İ-F, 1980-ci illərdə Kiyevdəki Zmina klubunda, 1990-cı illərdə idman internat məktəbində, sonra V. Lobanovski adına Kiyevin Dinamo gənclər məktəbində çalışmışdır.

21 dekabr 2011-ci ildə Ukraynanın paytaxtı Kiyevdə vəfat etmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 http://www.rbc.ua/ukr/newsline/show/ushel-iz-zhizni-evgeniy-rudakov-21122011123400.
  2. ↑ Olympedia (ing.). 2006.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yevgeni_Rudakov_(futbolçu)&oldid=7646773"
LOVE.AZ