Yevgeni Viktoroviç Vuçetiç (15 (28) dekabr 1908, Dnepr – 12 aprel 1974[1][2], Moskva) — sovet heykəltaraşı, pedaqoq, professor. SSRİ Rəssamlıq Akademiyasının vitse-prezidenti (1970—1974). Sosialist Əməyi Qəhrəmanı (1967). SSRİ xalq rəssamı (1959).
Yevgeni Vuçetiç | |
---|---|
rus. Евгений Викторович Вучетич | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Yekaterinoslav, Rusiya imperiyası |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | heykəltaraş, pedaqoq, universitet müəllimi[d] |
Təhsili | İ.E.Repin adına rəssamlıq, heykəltəşlıq və memarlıq institutu |
Janr | heykəltaraşlıq |
Stil | sosialist realizmi |
Tanınmış işi | |
Üzvlüyü | |
Mükafatları | |
![]() |
Yevgeni Vuçetiç 28 dekabr 1908-ci ildə Ukraynanın Yekaterinoslav (indiki Dnipro) şəhərində anadan olmuşdur. Atası—Viktor Vuçetiç milliyətcə Çernoqoriya serbi idi və Rusiya vətəndaş müharibəsində iştirak etmişdi. Anası—Anna Andreyevna isə fransız idi. Yevgeni 1931—1933-cü illərdə İ.E.Repin adına rəssamlıq, heykəltəşlıq və memarlıq institutunda təhsil almışdır. 1941-ci ildə Böyük Vətən müharibəsi başlandıqdan sonra Yevgeni Vuçetiç orduya çağırılır. Döyüşlərdə fərqləndiyinə görə Vuçetiç podpolkovnik vəzifəsinə yüksəlir və Vətən Müharibəsi Ordeni ilə təltif olunur.
Vikianbarda Yevgeni Vuçetiç ilə əlaqəli mediafayllar var. |