Yevgeniya Boriovna Berkoviç (daha çox Jenya Berkoviç kimi tanınır, rus. Евге́ния Бори́совна Берко́вич; 29 aprel 1985, Leninqrad) — Rusiya teatr rejissoru, dramaturq və şairə,[1] Yeddinci Studiyanın üzvü.[2] “Teatr İşləri” cinayət işinin iştirakçısı. 2024-cü il iyulun 8-də 2-ci Qərb Dairə Hərbi Məhkəməsi rejissor Yevgeniya Berkoviç və dramaturq Svetlana Petriyçuku "Finist aydın şahin" tamaşasının quruluşuna görə terrora haqq qazandırmaqda ittiham edərək, altı il müddətinə ümumi rejimli koloniyada həbs cəzasına məhkum edib.
Yevgeniya Berkoviç | |
---|---|
Doğum adı | Евгения Борисовна Беркович |
Doğum tarixi | 29 aprel 1985(1985-04-29) (40 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | teatr rejissoru |
Təhsili | |
![]() |
Yevgeniya Berkoviç 2007-ci ildə Sankt-Peterburq Teatr Sənəti Akademiyasının teatr menecmenti ixtisasını bitirib. 2003-2008-ci illərdə Sankt-Peterburqda Gənclərin Yaradıcılıq Teatrında rejissor və müəllim kimi çalışıb. 2008-ci ildə Kirill Serebrennikovun kursunu bitirərək Moskva İncəsənət Teatr Məktəbi-Studiyasına rejissorluq ixtisasına daxil olub. Təhsil aldığı müddətdə rejissorlar İlya Şaqalov, Maksim Mışanski və Aleksandr Sozonovla birlikdə "Vinzavod Müasir İncəsənət Mərkəzi"ndə nümayiş etdirilən “Qırmızı budaq (Metropolis poeziyası)” poetik tamaşasının səhnələşdirilməsində iştirak etmişdir.
Yevgeniya Berkoviç Teatr məktəbini bitirdikdə diplom işi olaraq Moskva İncəsənət Teatrının yaradıcılıq studiyasında Jan Anuyun eyniadlı pyesi əsasında "The Lark" tamaşasını səhnələşdirib (2012). Onun quruluş verdiyi tamaşada Janna Darkın məhkəməsi daxili ədalətin metaforasına çevrilib.[3]
Həmin il Platforma layihəsi çərçivəsində "Vinzavod Müasir İncəsənət Mərkəzi"ndə o, autizmli insanların mətnləri və şeirləri əsasında Sergey Nevskinin “Outland” operasının Rusiya premyerasını səhnələşdirib. Onun bu işi teatr tənqidçilərin qarışıq rəylərinə səbəb olub. "Rossiyskaya qazeta"da tənqitçi Alena Karas Berkoviçin rəhbərliyində Nevskinin musiqisinin "sadəlövh, lakin dəqiq əksini" gördüyünü,[4] "Vedomosti"də isə tənqidçi Pyotr Pospelov tamaşada "son dərəcə düz dramaturgiya və şirin, lakin lazımsız rejissorluq" işini gördüyünü[5] yazıblar. Berkoviçin növbəti əsəri olan “İşləməyən adam” pyesi də müxtəlif reaksiyalarla qarşılanıb. İosif Brodskinin şeirləri və Frida Viqdorova[6] tərəfindən aparılan məhkəmə prosesinin səsyazmalarına əsaslanan "The Trial of Joseph Brodsky" (2012) tamaşası maraqla qarşılanıb. Berkoviçin sonrakı əsərləri arasında Sankt-Peterburqdakı Aleksandrinski Teatrının Yeni Səhnəsində (2018) İvan Vırıpayevin eyniadlı pyesi əsasında hazırlanmış “Günəş xətti” tamaşası teatr ictimaiyyətinin diqqətini çəkib. Lakin bu tamaşada sərt tənqidlərdən kənar qalmayıb.[7]
Tamaşaları
Performans
Həmçinin Dövlət Akademik Böyük Teatrının saytında Jenya Berkoviç S.Sondheimin “Svini Tod, Donanma küçəsinin manyak bərbəri”, M.D.Laçiusanın “Bernarda Alba”, “Baharın oyanışı”, D.Şeyx/S. Seiter və başqalarının musiqilərinin mətnlərinin tərcümələrinin müəllifi kimi göstərilib.[20]
Yevgeniya Berkoviç "Snob" layihəsi mükafatının təqdim olunduğu mərasimdə nitqində insan hüquqları müdafiəçisi təşkilatı olan"Memorial" dəstəklədiyini söyləyib.[25] 24 fevral 2022-ci ildə o, “Müharibə Yox” posteri ilə tək adamlıq piket təşkil etdiyinə görə həbs olunduğunu bildirib.[26] Məhkəmə bu aksiyaya görə ona 11 günlük müddətinə həbs cəzası verib.[27]
2023-cü il aprelin 10-da Rusiya Federasiyasının Moskva şəhəri üzrə İstintaq Komitəsi tərəfindən Yevgeniya Berkoviə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsi ilə “Terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa açıq bəraət qazandırmaq və ya terrorizmin təbliği” ilə cinayət işi açılıb. Berkoviç və dramaturq Svetlana Petriyçuk internetdə “Finist aydın şahin" tamaşasının səsləndirilməsinin videosunu paylaşıblar.[28] Bu tamaşa da onlara qarşı cinayət işinin açılmasına əsas olub.[29][30][31]
Mayın 4-də Berkoviç və Petriyçuk saxlanılaraq eyni gündə onlara qarşı ittiham irəli sürülüb.[28] Onlar günahlarını etiraf etməyiblər. Mayın 5-də Moskvanın Zamoskvoretski Rayon Məhkəməsinin hakimi Natalya Çeprasova Berkoviçi iyulun 4-dək həbsdə saxlamaq qərarını verib. Hakim Petriyçuk haqqında da eyni qərarı qəbul edib.[28][32][33] Sonradan həbs qətimkan tədbirinin müddəti dəfələrlə uzadılıb.[34]
29 fevral 2024-cü ildə TASS Petriyçukun vəkili Sergey Badamişinə istinadən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi ilə ittihamların yekun variantını yayımlayıb.[35] 2024-cü il aprelin 15-də "Rosfinmonitorinq" saytında Yevgeniya Berkoviç və Svetlana Petriyçuk ekstremist fəaliyyətdə və terrorda iştirak edən şəxslər və təşkilatlar siyahısına daxil edilib.[36]
2024-cü il iyulun 8-də 2-ci Qərb Dairə Hərbi Məhkəməsi rejissor Yevgeniya Berkoviç və dramaturq Svetlana Petriyçuku "Finist aydın şahin" tamaşasının quruluşuna görə terrora haqq qazandırmaqda ittiham edərək, altı il müddətinə ümumi rejimli koloniyada həbsə məhkum edib.[37]
Женя Беркович – большой поэт. Я знаю ее меньше как режиссера, как поэта знаю многие годы
Сегодня Светлане Петрийчук и Евгении Беркович предъявлено обвинение в окончательной редакции по ч. 2 ст. 205.2 УК РФ (публичные призывы к осуществлению террористической деятельности, публичное оправдание терроризма или пропаганда терроризма). Защита приступила к ознакомлению с материалами дела. На следующей неделе планируется продление срока содержания под стражей
Росфинмониторинг внес в перечень лиц и организаций, в отношении которых имеются сведения об их причастности к экстремистской деятельности или терроризму, театрального режиссера Евгению Беркович и драматурга Светлану Петрийчук