. Love.az

Yevstafiy Dementyev - Wikipedia - Love.az

Ana Səhifə - Yevstafiy Dementyev

Yevstafıy Dementyev (1850, Bakı – 1918[2], Moskva) — Rus həkimi, ictimai xadim və filosof. Rusiya imperiyasında sanitariya statistikasının banilərindən biri.

Yevstafiy Dementyev
Doğum tarixi 1850
Doğum yeri
  • Bakı, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1918[2]
Vəfat yeri
  • Moskva, Moskva quberniyası[d], Sovet Rusiyası[d]
Elm sahələri tibb[1], Gigiyena[1]
Elmi dərəcəsi
  • elmlər doktoru
Təhsili
  • Sankt-Peterburq İmperator Universiteti[d]

Biqorafiyası

redaktə

Yevstafıy Dementyev 1850-ci ildə Bakı şəhərində anadan olub. Bir müddət sonra ailəsi ilə Peterburqa köçüb və burada Sankt-Peterburq Universitetinə daxil olub, lakin tələbə iğtişaşlarında fəal iştirak etdiyinə görə Sankt-Peterburq Universitetidən qovuldu. Daha sonra isə həbs olundu və 1 il Peter və Pol cəzaçəkmə qalasında həbs cəzazı çəkdi. 1869-cu ilin martında Kiyevə qovuldu. 1870-ci ildə Kiyevdə Müqəddəs Vladimir İmperator Universitetinin tibb fakültəsinə daxil oldu. 1875-ci ildə həmin universiteti bitirdi. Bitirdikdən dərhal sonra Peterburqa geri döndü, burada Peterburq əyalət hökumətinin həkimi kimi işə düzəldi. Peterburq əyalətindəki fabrik və zavodlarda müayinələrdə yaxından iştirak etdi. 1882-ci ildə Moskvaya köçdü və ömrünün qalan hissəsini bu şəhərə həsr etdi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. ↑ 1 2 Дементьев Евстафий Михайлович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yevstafiy_Dementyev&oldid=6999508"
LOVE.AZ