Yue Çin dili — Çin dilinin əsas qollarından biridir. Cənubi Çində, əsasən Quanqdonq və Quansi-Çjuan əyalətlərində danışılır.
Yue Çin dili | |
---|---|
![]() | |
Orijinal adı |
粵語 粤语 |
Ölkələr | |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
Yazı | ənənəvi Çin dili[d], sadələşdirilmiş Çin dili[d] |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | yue |
Dilin strukturlarının dünya atlası | cnt |
Ethnologue | yue |
IETF | yue |
Glottolog | yuec1235 |
Kantonca termini tez-tez bütün budağı təsvir etmək üçün istifadə olunur; dilçilər bu termini yalnız nüfuzlu (prestijli) ləhcələr adlandırılan Quançjou (Kanton) və Honkonq ləhcələri üçün istifadə edirlər. Guanconun cənub-qərbindəki sahil bölgələrində danışılan Taishan ləhcəsi, Quanqdonqdan Cənub-Şərqi Asiya və Şimali Amerikaya köçən insanların çoxunun danışdığı ləhcədir. Sonrakı mühacirlər Kanton dilində danışanlardır.
Yue dialektləri digər Çin dilləri ilə qarşılıqlı anlaşılmır.[2] Orta Çin dilindəki son samit və intonasiya kateqoriyalarına görə ən mühafizəkar variantlardan biridir, lakin digər Çin dillərinin ilk və orta samitlərində saxladıqları müxtəlif fərqlilikləri itirmişdir.