Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru (ing. Interconnector Greece-Bulgaria (IGB)) — Yunanıstanın şimal-şərqindəki Komotini?! və Bolqarıstanın cənubundakı Stara Zaqora regionundakı milli təbii qaz ötürmə sistemləri arasında birbaşa əlaqə yaradan boru kəməri. Ümumi uzunluğu 182 km-dir.[1] Dəyəri — 240 milyon avrodur. Planlaşdırılan layihə gücü ildə 3 milyard m3 təbii qazdır[2]
Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru | |
---|---|
ing. Interconnector Greece-Bulgaria (IGB) | |
Ümumi məlumatlar | |
Başlayır | Komotini?! |
Bitir | Stara Zaqora |
Tikilmə tarixi | 2019 — 2022 |
İstismara verilib | 2022 |
Operatoru | ICGB AD |
Uzunluğu | 182 km |
Yerləşməsi | |
Ölkələr | |
icgb.eu icgb.eu/bg/ icgb.eu/gr/ |
Qaz kəmərinin tikintisi 2017-ci ilə nəzərdə tutulmuşdu.[3] 22 may 2019-cu il tarixində Kirkovo rayonunda interkonnektorun əməlqoyma mərasimi baş tutmuşdur.[4][5] Boru kəməri onun operatoru olan "ICGB AD" tərəfindən tikilir. Tikintidə Bolqarıstanın "Bulgarian Energy Holding"i, Yunanıstanın "DEPA" və İtaliyanın "Edison[rus.]" şirkətləri iştirak emişlər.[6]
25 mart 2022-ci ildə boru kəməri Trans Adriatik Boru Xəttinə qoşulmuşdur.[7] Tikinti 2022-ci ilin iyulunda başa çatmışdır.[6] Rəsmi açılış mərasimi 8 iyul 2022-ci ildə baş tutmuşdur.[8] 2022-ci ilin iyununda Azərbaycan qazının boru xəttinə vurulması prosesinə başlanılmışdır.[9][10] İlkin olaraq ildə 1 milyard m3 qazın verilməsi, sonra isə həcmin ildə 3 milyard m3-dək artırılması nəzərdə tutulur.[11] Boru kəməri 75 bara qədər maksimum təzyiqdə işləmək üçün nəzərdə tutulmuşdur.[12] 1 oktyabr 2022-ci ildə Sofiyada Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru rəsmi olaraq istifadəyə verilmişdir.[13]