Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 25 saat əvvəl White Demon (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Yusif Əliyev — "Təhsil Şurası" İctimai Birliyinin idarə heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Qızıl qələm mükafatçısı, 1993-cü ildən "Azərbaycan müəllimi" qəzetinin şöbə redaktoru.[1]
Yusif Əliyev | |
---|---|
![]() | |
Doğum tarixi | 20 noyabr 1951(1951-11-20) |
Doğum yeri | |
Vəfat tarixi | 12 aprel 2019(2019-04-12) (67 yaşında) |
Vəfat yeri |
Yusif Əliyev 1951-ci ilin noyabrın 20-də Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub.
1959-cu ildə Qırmızıkənd kənd səkkizillik orta məktəbinin birinci sinfinə gedib. 1967-ci ildə orta məktəbi bitirərək Əli Bayramlı Pedaqoji Məktəbinə daxil olub, 1971-ci ildə həmin məktəbi ibtidai məktəb müəllimi ixtisası üzrə fərqlənmə ilə bitirib. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistlika fakültəsində təhsil alıb. SSRİ Jurnalistlər İttifaqının üzvü (1981–1993), “Təhsil Şurası” İctimai Birliyinin idarə heyətinin üzvü olmuşdur.[1]
1976–1992-ci illərdə "Azərbaycan məktəbi" jurnalında korrektor, şöbə redaktoru, məsul katib, baş redaktor kimi çalışıb. Bir müddət (1992–1993-cü illərdə) 264 saylı orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərdikdən sonra 1993-il sentyabrın 15-də "Azərbaycan Müəllimi" qəzetinə gələrək ömrünün sonunadək orada şöbə redaktoru vəzifəsində çalışmışdır.
Pedaqoji mətbuatda 38 illik iş stajına malik olan Yusif Əliyevin jurnalistlik fəaliyyəti ərzində işlədiyi qəzetdə və digər mətbuat orqanlarında müxtəlif janrlarda 1000-dən çox yazısı dərc olunmuş, 4 kitabın, o cümlədən "Prezident İlham Əliyev və Azərbaycanda Təhsilin İnkişafı 2003–2008" toplusunun tərtibçisi olmuşdur.[1]
Yusif Əliyev müxtəlif vaxtlarda Təhsil Nazirliyinin, Pedaqoji və "Bilik"cəmiyyətlərinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəxri fərmanları ilə təltif olunmuşdur. O, habelə, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazısı müsabiqələrinin bir neçə dəfə qalibi olaraq pul mükafatlarına layiq görülmüşdür. Yusif Əliyev 12 aprel 2019-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmişdir.