. Love.az

Yusif Nebiyev Futbolcu - Wikipedia - Love.az

Ana Səhifə - Yusif Nebiyev Futbolcu

Yusif Nəbiyev — Azərbaycan Premyer Liqasında "Səbail"də müdafiəçi kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu.

Yusif Nəbiyev
Ümumi məlumatlar
Doğum tarixi 3 sentyabr 1997(1997-09-03)[1] (27 yaş)
Doğum yeri
  • Ağstafa, Ağstafa rayonu, Azərbaycan
Vətəndaşlığı
  •  Azərbaycan
Mövqeyi müdafiəçi

1997-ci il sentyabrın 3-də Azərbaycanın Ağstafa rayonunda anadan olub. İlk 6 sinfi Ağstafa şəhər 3 saylı orta məktəbdə oxuyub. 2010–2015-ci illərdə Qəbələ şəhər 2 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 6 yaşında Ağstafa “Avey” FK-nın uşaq yaş qrupunda məşqçilər Rəşad Axundov və Mahir Mustafayevin rəhbərliyi altında futbola başlayıb. 2010-cu il fevralın 1-də 13 yaşında ikən 13, 14, 15, 16 və 17 yaşadək yaş kateqoriyalarında çıxış etdiyi "Qəbələ" FK-nın futbol akademiyası ilə müqavilə imzalayıb.

Mündəricat

  • 1 Karyera
    • 1.1 Klub
  • 2 Şəxsi həyatı
  • 3 Fəxri
    • 3.1 Beynəlxalq
    • 3.2 U-17
    • 3.3 U-19
    • 3.4 U-21
  • 4 İstinadlar

Karyera

redaktə

Klub

redaktə

2015-ci ilin əvvəlində Yusif Nəbiyev "Qəbələ" FK-nın əvəzedici komandasında çıxış etməyə başlayıb və burada iki mövsüm keçirib, Premyer Liqa klublarının əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının əvvəl gümüş mükafatçısı, sonra isə qalibi olub.

2016-cı ilin yay transfer pəncərəsində icarə əsasında bir illik müqavilə bağladığı Sumqayıt klubuna keçdi. 6 avqust 2016-cı ildə Azərbaycan Premyer Liqasında "Sumqayıt" FK-nın əsas heyətində ilk rəsmi oyununu "Zirə" komandasına qarşı keçirib.

№ Sezon Klub Oyun Ehtiyatda Qol
1 2014/2015 "Qəbələ" 26 4 0
2 2015/2016 "Qəbələ" 30 2 0
3 2016/2017 "Sumqayıt" 17 7 3

Şəxsi həyatı

redaktə

Yusif "Viktoria Žižkov"un futbolçusu Fərid Nəbiyevin böyük qardaşıdır.

Fəxri

redaktə

Beynəlxalq

redaktə

Azərbaycan U23

İslam Həmrəyliyi Oyunları: (1) 2017

U-17

redaktə

21 sentyabr 2013-cü ildə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının tərkibində ilk oyununu keçirib. UEFA Avropa çempionatının qrup mərhələsinin İslandiya millisi ilə 3:3 hesablı heç-heçə ilə başa çatan oyununda o, matçın 90 dəqiqəsinin hamısını meydanda keçirib.

U-19

redaktə

2014-cü ildə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sıralarına çağırılıb. O, ilk oyununu rəsmi oyunda 2014-cü il noyabrın 12-də Avropa çempionatının qrup mərhələsində Slovakiya millisinə qarşı keçirib. Oyunun 84-cü dəqiqəsində əvəzedici kimi meydana çıxdı.

U-21

redaktə

O, 2016-cı il oktyabrın 7-də Finlandiya yığması ilə UEFA Avropa çempionatının qrup mərhələsinin seçmə mərhələsində Azərbaycanın gənclərdən ibarət yığmasında debüt edib. Eyni zamanda, o, matçın bütün 90 dəqiqəsini meydanda keçirib.

İstinadlar

redaktə
  1. ↑ Yusif Nabiyev // Transfermarkt (çd.). 2000.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yusif_Nəbiyev_(futbolçu)&oldid=7723760"
LOVE.AZ