Yusif Səfər oğlu Səfərov (d. 1951) — Tanınmış folklorşünas-ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Aşıqlar Birliyinin üzvü.
Yusif Səfərov | |
---|---|
Yusif Səfər oğlu Səfərov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Boyəhməd,Culfa, Azərbaycan |
Vəfat tarixi | Yaşayır |
Vəfat yeri | Yaşayır |
Elm sahəsi | Filologiya |
İş yeri | Naxçıvan Müəllimlər İnstitutu |
01 yanvar 1951-ci ildə Culfa rayonunun Bəyəhməd kəndində anadan olub. 1966-cı ildə Əbrəqunus internat məktəbini, 1976-cı ildə Naxçıvan Pedaqoji İnstitutunu əla qiymətlərlə bitirib. 1982-ci ildən Naxçıvan şəhərində yaşayır.
1975-1982-ci illərdə orta məktəbdə müəllim və direktor, 1983-1994-cü illərdə Azərb. EA Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, şöbə müdiri işləyib. 1987-ci ildə namizədlik dissertasiyası, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-2002-ci illərdə Naxçıvan şəhər İH-də şöbə müdiri və ali məktəb müəllimi işləyib. 2002-2009-cu illərdə Naxçıvan MR Kitabxanasının direktoru, eyni vaxtda ali məktəbdə dosent vəzifəsində çalışıb. 2009-2011-ci illərdə AMEA Naxçıvan bölməsində baş elmi işçi olub. 2012-ci ildə Türkiyənin İqdir Universitetində professor vəzifəsin tutmaqla Türk xalq ədəbiyyatından mühazirələr oxuyub. 2013-cü ildən Naxçıvan Müəllimlər İnstitutunda çalışır, professordur. Y. Səfərovun Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi sahəsində xidmətləri böyükdür. Alimin fəaliyyətində Naxçıvan folklorunun, o sıradan aşıq ədəbiyyatının tədqiqi, nəşri, təbliği də xüsusi yer tutur. O, Azərbaycan folklorunun milli özünəməxsusluğu, mənşəyi, təsnifi, tarixiliyi, regional və etnik-poetik xüsusiyyətləri kimi elmi-nəzəri məsələlərin öyrənilməsində uğurlu nəticələr əldə etmişdir. Y. Səfərovun araşdırmalarında mif, əfsanə, rəvayət, əmək, mərasim nəğmələri, nağıl, dastan, bayatı janr nümunələri əsas tədqiqat obyektidir.“Nuh tufanı”,“Apardı sellər Saranı”, “Əshabü-kəhf”, Makedoniyalı İsgəndər, Şah İsmayıl, Xaraba Gilan, Əlincəqala, Araz çayı ilə bağlı əfsanə-rəvayətlər, Şah Abbasla bağlı nağılların çoxşaxəli şəkildə araşdırılması da diqqətəlayiqdir. Alim Azərbaycan folkloru antologiyası, Naxçıvan folkloru. Bakı, Sabah, 1994; Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, Şərq-Qərb, 2005; Azərbaycan folkloru antologiyası, Naxçıvan folkloru, I, II, III c. Naxçıvan, Əcəmi, (2010, 2011, 2012) kitablarının əsas toplayıcılarından və antologiyanın II cildinin tərtibçilərindəndir. 250-dən çox elmi, elmi-metodik, elmi-tənqidi, publisist məqalənin, 16 kitabın, o sıradan 11 monoqrafiya, 2 ali məktəb dərsliyi, 4 metodik vəsait və 12 proqramın müəllifidir. Xaricdə 25-dən çox elmi əsəri çap edilib. Almaniyanın Frankfurt, Leypsik, Dağıstanın Mahacqala, Gürçüstanın Tbilisi, İranın Tehran, Türkiyənin Ankara, Trabzon, Adana, Ərzurum, Kars, İqdir şəhərlərində keçirilmiş Beynəlxalq konfrans və simpoziumlarda məruzələr edib. Ailəlidir, 2 övladı, 5 nəvəsi var.