. Love.az

Yusifbeyliler - Wikipedia - Love.az

Ana Səhifə - Yusifbeyliler

Yusifbəylilər — Azərbaycan xalqının tanınmış soylarından biri.

Yusifbəylilər
Titul Bəy
Əcdadı Yusif bəy
Qohum soylar Xanbudaqovlar
Mənşəyi Gəncə
Təbəəliyi Gəncə xanlığı, Rusiya İmperiyası Rusiya imperiyası

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun tanınmış nümayəndələri
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Soyun yaranması

redaktə

Gəncə xanlığının məşhur simalarından olan Yusif bəyin övladları rus üsul-idarəsi dönəmində Yusifbəyli soyadını qəbul etdilər.

Yusifbəylilərin ulu babası Yusif bəy Gəncə xanının vəziri olub. Yusif bəyin bacısı Şükufə xanım Cavad xanın həyat yoldaşı idi. 1780-ci ildən 1804-cü ilədək birgə həyat sürmüşlər. Yusifbəylər həm də xan qızı Xurşudbani Natəvanla qan qohumudurlar.

Soyun tanınmış nümayəndələri

redaktə
  • Usuf bəy — Gəncə xanlığının vəziri.
  • Yusif bəy Yusifbəyli — Azərbaycan Demokratik Cümhuriyyətinin görkəmli dövlət xadimi, baş naziri Nəsib bəy Yusifbəylinin atası.
  • Nəsib bəy Yusifbəyli — Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri, maarifçi, publisist, ictimai-siyasi və dövlət xadimi.
  • Həmid bəy Yusifbəyli — Yusif bəy Yusifbəylinin oğlu.

Həmçinin bax

redaktə
  • Gəncə xanlığı
  • Yusifbəylilər mülkü

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yusifbəylilər&oldid=6160710"
LOVE.AZ