. Love.az

Yuxari Film 2009 - Wikipedia - Love.az

Ana Səhifə - Yuxari Film 2009

Yuxarı (ing. Up) — 2009-cu il ABŞ istehsalı komediya-macəra, dram janrında animasiya filmi. Film "Pixar Animation Studios" tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən yayımlanmışdır. Filmdə qoca kişi Karl Fredriksen və Rassel adlı balaca oğlandan bəhs edilir. Karl evinə çoxlu sayda şar bağlayaraq mərhum həyat yoldaşına verdiyi vədi-Cənubi Amerika cəngəlliklərini səyahət etmək arzusunu gerçəkləşdirməyi düşünür.

Yuxarı
ing. Up
Janr Komedi-macəra-dram
Rejissor Pit Dokter
Prodüser Conas Rivera
Yaradıcısı Pixar Animation Studios
Ssenari müəllifi Bob Peterson
Rolları səsləndirənlər

Ed Ansen ; Jordan Nagai ; Christopher Plummer ;

Bob Peterson
Bəstəkar Maykl Cakkino
Ölkə ABŞ ABŞ
Studiya Walt Disney Pictures
Pixar
Davametmə müddəti 96 dəqiqə
İl 2009
Dil ingilis dili
Büdcə $175 milyon
Gəlir $735,1 milyon
IMDb ID1049413
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film "Pixar"ın Disney Digital 3-D-də göstərimə girən birinci filmidir. "Yuxarı" eyni zamanda Kannas 2009 kinofestivalında təqdim olunan ilk animasiya filmidir. O kinokritiklərin rəğbətini qazanmış, musiqi, səsləndirmə və süjet xətti təqdir edilmişdir. Film bir çox nominasiyalara layi görülmüş və ən yaxşı animasiya filmi mükafatını qazanmışdır. Nominasiya və mükafat sayına görə 1991-ci il istehsalı "Gözəl və Bədheybət" filmindən sonra ikinci yer tutur.

2009-cu il 26 may tarixində eyniadlı oyun platformu təqdim olunub. Digər oyunlar: "Kinnect Rush:A Disney-Pixar Adventure" , "Lego The İncredibles"

Animasiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yuxarı_(film,_2009)&oldid=7947008"
LOVE.AZ