Yuxarı Çiyni, Çiyni (?-2015) — Azərbaycan Respublikasının Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Yuxarı Çiyni | |
---|---|
40°26′31″ şm. e. 47°47′03″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
29 may 2015-ci ildə Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çiyni kəndi Yuxarı Çiyni kəndi adlandırılmışdır.[2]
Şirvan düzündədir.[3]
Əhalisinin sayı 424 nəfərdir.[4]
Yuxarı Çiyni kəndinin oykonimi çiyni tayfasının adını əks etdirir. Etnotoponimdir. XVI əsrdə qızılbaş tayfalarından biri olan və mənşəcə qacar tayfasına mənsub çiyniləri Səfəvi şah Təhmasib (1524-76) üsyankar xarakterlərinə görə ölkənin müxtəlif ərazilərində yerləşdirmişdi. İran ərazisində çiynilər daha geniş yayılmışdılar.[5]
Kənddə Çiyni kənd məscidi dini icması fəaliyyət göstərir[6].