Yuxarı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd.[3]
Yuxarı Öysüzlü | |
---|---|
40°56′56″ şm. e. 45°32′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6040[2] |
Kəndin keçmiş adı Öksüzlü olmuşdur. Yerli əhali arasında kəndin Qızılgöz Öysüzlü, Öksüzlü adları da vardır. Ondan keçmişdə əmələ gəlmiş yeni məntəqə Aşağı Öysüzlü, bu kənd isə Yuxarı Öysüzlü adlandırılmışdır. Oykonimin ikinci komponenti Qazax qəzasında maldarlıqla məşğul olmuş öksüzlü elatının adındandır.[4]
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Qafqazda yaranmış xanlıq və eyni zamanda bir sıra sultanlıqlar özlərinin mərkəzləri ilə də fərqlənirdilər. Belə sultanlıqlardan biri Şəmsəddin idi (bəzi tarixi qaynaqlarda Şamşəddil adı ilə qeyd olunur). 18-ci əsrin ortalarında yaranmış bu sultanlığın mərkəzi Tovuz deyil, mərkəzdən 8 km cənub-qərbdə yerləşən məhz indiki Yuxarı Öysüzlü (əvvəlki Öksüzlü) kəndi olmuşdur.
Yuxarı Öysüzlü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
5190 | Nəsib bəyin yaşayış evi[5] | XIX əsr | Yuxarı Öysüzlü kəndi | Memarlıq | Yerli |
5203 | Dəyirman[6] | XIX əsr | Yuxarı Öysüzlü kəndi | Memarlıq | Yerli |
5204 | Dəyirman[7] | XIX əsr | Yuxarı Öysüzlü kəndi | Memarlıq | Yerli |
5205 | Türbə[8] | XIX əsr | Yuxarı Öysüzlü kənd qəbiristanlığı |
Memarlıq | Yerli |
5206 | Türbə[9] | XIX əsr | Yuxarı Öysüzlü kənd qəbiristanlığı |
Memarlıq | Yerli |
5207 | Məscid[10] | XIX əsr | Yuxarı Öysüzlü kəndi | Memarlıq | Yerli |
5209 | Yusif bəyin yaşayış evi[11] | XIX əsr | Yuxarı Öysüzlü kəndi | Memarlıq | Yerli |
6048 | "Koroğlu evi" qalası[12] | Orta əsrlər | Yuxarı Öysüzlü kəndindən 2 km dağ tərəfdə |
Arxeoloji | Yerli |
6049 | Qəbiristanlıq[13] | Orta əsrlər | Yuxarı Öysüzlü kəndi | Arxeoloji | Yerli |
6275 | Daş qoç fiquru[14] | Orta əsrlər | Yuxarı Öysüzlü kənd qəbiristanlığı |
Daş-heykəltəraşlıq | Yerli |
6276 | Daş qoç fiquru[15] | Orta əsrlər | Yuxarı Öysüzlü kənd qəbiristanlığı |
Daş-heykəltəraşlıq | Yerli |
Kənd dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[16] | 5564 | 2753 | 2811 |
2009[17] | ↗6375 | ↗3171 | ↗3204 |
Kənddə 1 №-li və 2 №-li Yuxarı Öysüzlü kənd kitabxana filialları,[18] Yuxarı Öysüzlü kənd Mədəniyyət Evi,[19] Yuxarı Öysüzlü poçt şöbəsi (AZ6040)[20] fəaliyyət göstərir.
Kənddə Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbi və Müşfiq Əliyev adına Yuxarı Öysüzlü kənd tam orta məktəbi fəaliyyət göstərir.[21][22]
Bundan başqa kənddə Yuxarı Öysüzlü kənd 1 №-li körpələr evi-uşaq bağçası və Yuxarı Öysüzlü kənd 2 №-li körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[23]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Yuxarı Öysüzlü kənd həkim məntəqəsi yerləşir.[24]