Yuxarı Ağalı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Ağalı kənd inzibati ərazi dairəsində kənd.[2][3] Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Biləsuvar rayonunun faktiki mövcud olan Yuxarı Ağalı kəndi dəqiqləşdirmə qaydasında Ağalıkənd kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[4]
Yuxarı Ağalı | |
---|---|
39°25′31″ şm. e. 48°27′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Rayonda ağalı komponentli iki kənd mövcuddur: Ağalıkənd və Yuxarı Ağalı. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəslinin adını əks etdirir. 1870-ci ilə aid bir sənəddə Ağalıkəndin bu nəsilin nümayəndələri tərəfindən salındığı haqqında məlumat verilir.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd rayonun cənubunda yerləşir. Muğan kəndi və İran İslam Respublikası ilə sərhəddir.
31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir.[5]
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 395 | 204 | 191 |
2009[7] | ↗766 | ↗403 | ↗363 |
Kənddə 185 təsərrüfat var. Kəndin ümumi torpaq sahəsi 350 hektardır.
Kənddə Yuxarı Ağalı kənd kitabxana filialı,[8] Yuxarı Ağalı kənd klubu[9] və Yuxarı Ağalı mini EATS[10] fəaliyyət göstərir.
Kənddə Yuxarı Ağalı kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[11][12]
Kənddə 17 iyun 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A3-407 olan Yuxarı Ağalı kəndi "Cümə" məscidi dini icması fəaliyyət göstərir.[13]
Kənddə Yuxarı Ağalı kənd tibb məntəqəsi yerləşir.[14]
Kənddə 1 baytarlıq məntəqəsi mövcuddur.